17:04 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
5210

"Yaxşı, tutaq ki, artıq prezident deyiləm. Səhər tezdən durub nə edəcəm? Heç bir fikrim yoxdur" - Aleksandr Lukaşenko

BAKI, 6 avqust — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 9-da kimin prezident seçiləcəyi barədə suala cavab verməyib.

“Əlbəttə, mən deyə bilərəm, amma nəyə gərəkdir?” – respublikanın növbəti prezidentinin kim olacağı barədə suala cavab verən Lukaşenko deyib.

Sputnik Azərbaycan bildirir ki, Belarusda avqustun 9-na təyin edilmiş prezident seçkisində 5 namizəd, o cümlədən Lukaşenkonun özü də (6-cı dəfə) mübarizə aparacaq.

Jurnalist Dmitri Qordona verdiyi müsahibəsində Lukaşenko deyib ki, prezident olmaq – həyat tərzidir, bunu başqa cür də təsəvvür etmir, həmçinin memuar yazmağa hazırlaşmır, çünki “tənbəldir”.

“Yox. Mən başqa həyat tərzini qəbul etmirəm. Bu, çox çətindir, inanın. Sanki çarxın içindəki dələsən. Amma başqa məşğuliyyət bilsəydim, bunu atardım. Ancaq mən bütün ömrüm boyu bu cür həyat yaşamışam, yəni bu, artıq mənim həyat tərzimdir. Ona görə də bu haqda fikirləşmişəm. Heç təsəvvürümə də gətirmirəm. Yaxşı, tutaq ki, artıq prezident deyiləm. Səhər tezdən durub nə edəcəm? Heç bir fikrim yoxdur. Təsəvvür edin də, bütün ömrüm, 38 yaşından bəri bütün ömrüm bu həyat tərzində keçib”, - Qordonun “Hər şeyi atıb özünüz üçün yaşamaq istəmirsinizmi?” sualını cavablandıran Lukaşenko deyib.

Lukaşenko xatirələrini yazmayacağını bildirib.

“Güman ki, yox, bu baxımdan tənbələm. Yazmağı sevmirəm. Bu barədə fikirləşirdim, amma bəlkə də, heç bir işim olmayanda mövqeyimi dəyişdim, çox güman ki, hansısa tezisləri cızma-qara edərəm, kimdənsə də xahiş edərəm ki, yazsın. Amma xüsusi olaraq kitab yazıb buna görə pul qazanmaq – yox, olmayacaq”, - Belarus Prezidenti deyib.

Əlaqədar

ABŞ-ın Belarusa dair planı var - Dövlət Departamentinə bağlı adamlar Minskdə nə edirlər?
Lukaşenko kimin Belarusa qarşı hibrid müharibə apara biləcəyini təxmin edib
Lukaşenko: Oğlum hakimiyyətə qarşı müxalif əhval-ruhiyyədədir
Medvedyev Belarusa xəbərdarlıq etdi - Kədərli nəticələri olacaq
Lukaşenko: "Belarusu itirməkdən qorxurlar"

Əsas mövzular