19:10 19 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
682 0 0

Amerikalı aktrisa Kemeron Diaz Qvinet Peltrouya müsahibəsində kinodan getməsinin səbəbini açıqlayıb.

BAKI, 6 avqust — Sputnik. Amerikalı aktrisa Kemeron Diaz Qvinet Peltrouya müsahibəsində kinodan getməsinin səbəbini açıqlayıb. Onların söhbəti "YouTube" kanalında yayımlanıb.

Hollivud ulduzu deyib ki, öz həyatını digər insanlara həsr etməyi sevmədiyi üçün işi dayandırmaq qərarına gəlib.

"Filmə çəkildiyiniz zaman... onlar sənə sahiblənirlər. Bütün ay boyu 12 saat meydançada olursan. Bundan başqa işlərə vaxt qalmır. Mən başa düşdüm ki, həyatımın bir hissəsini digər insanlara verirəm. Onlar onu götürürlər. Mənə sadəcə onu geri almaq, həyatıma görə məsuliyyəti öz üzərimə götürmək lazım idi", - Diaz deyib.

Artist izah edib ki, çəkiliş zamanı aktyorlarla uşaqlar kimi davranırlar. "Sənin həyatın çox dar istiqamətdə gedir. Hamı sənin üçün hər şeyi edir, qayğı göstərirlər. Mən heç vaxt özümü buna görə həqiqətən rahat hiss etməmişəm", - deyə o, etiraf edib.

47 yaşlı Diaz "Maska", "Mənim qoruyucu mələyəm", "Nyu-York dəstələri" kimi filmlərə çəkilib. Onun iştirakı ilə sonuncu film - "Enni" müzikli 2014-cü ildə çıxıb. 2020-ci ilin yanvar ayında o, "Good Charlotte" rok qrupunun gitaristi Benci Maddendən ilk övladını, qızı Reddiksi dünyaya gətirib.

Əsas mövzular