09:17 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
127120

İyun ayında dünyanın ən bahalı daşınmaz əmlakının Monakoda olduğu bildirilirdi. Orada orta hesabla 1 kvadratmetr mənzilin dəyəri 48 min avrodur. Monte-Karlo rayonunda bu göstərici 53 min avroya bərabərdir.

BAKI, 6 avqust — Sputnik. Rusiya paytaxtı meqapolislərin reytinqində elit mənzillərin sıralanmış qiymət artımı templərinə görə ikinci yeri tutub. 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayına qədər Moskvada bir kvadratmetrin dəyəri 5 faizdən çox artıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, siyahıda qiymət artımına görə birinci yeri Seul tutub. Burada elit yaşayış sahələrinin 1 kvadratmetrinin qiyməti 5,5 faiz artaraq 14,7 min avroya çatıb. Moskvada bu göstərici 11,9 min avroya bərabərdir. Dünyada mənzillərin qiymətlərinin ən sürətlə artdığı şəhərlərin sırasında Berlin 3-cü yerdədir. TOP 10-luğa Amsterdam, Tokio, Şençjen, Quançjou, Şanxay, Paris və Kuala Lumpur da daxildir.

Bəzi şəhərlərdə isə premium mənzillərin qiymətləri nəzərə çarpacaq dərəcədə (4-6 faiz) aşağı düşüb. Son yarım il ərzində Mumbay, Los-Anceles, Sidney, Lissabon və HonKonq-da qiymət enişi müşahidə edilib.

"Proqnozlaşdırırıq ki, 2020-ci ilin ikinci yarısında Amsterdam, Lissabon, Seul ən güclü artımı görə bilər. Növbəti beş il ərzində Lissabon və Amsterdamın ən yaxşıların siyahısında qalması gözlənilir. Onlara Berlin, Paris, Mayami və San-Fransisko da qatılacaq", - deyə analitiklər bildiriblər.

İyun ayında dünyanın ən bahalı daşınmaz əmlakının Monakoda olduğu bildirilirdi. Orada orta hesabla 1 kvadratmetr mənzilin dəyəri 48 min avrodur. Monte-Karlo rayonunda bu göstərici 53 min avroya bərabərdir.

Əsas mövzular