17:25 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
91 0 0

59 yaşlı aktyor özündən 31 yaş kiçik sevgilisi ilə ailə qurub. O, sadə nikah mərasimi təşkil edərək, bu barədə heç kimə xəbər verməyib.

BAKI, 5 avqust — Sputnik. Məşhur amerikalı aktyor Şon Pen 2016-cı ildən bəri münasibət yaşadığı sevgilisi Leyla Corcla hər kəsdən xəbərsiz nikaha daxil olub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, 59 yaşlı aktyor özündən 31 yaş kiçik sevgilisi ilə ailə qurub. O, sadə nikah mərasimi təşkil edərək, bu barədə heç kimə xəbər verməyib.

Onların evlilik xəbəri dostları sosial mediada cütlüyü təbrik edərkən məlum olub.

Aktyorun birinci evliliyi Madonna ilə, ikinci evliliyi isə Robin Raytla olub. Aktyorun öncəki evliliklərindən 2 övladı var.

Xatırladaq ki, aktyor “Oskar” mükafatçısıdır, dünyanın ən nüfuzlu festivalları sayılan Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor, həm də rejissor kimi saysız uğurlara imza atan Şon Pen Azərbaycan tamaşaçısına "Günəşin səsi", "Ədalətli oyun", "Qanqster" filmləri ilə daha çox tanınır.

Leyla Corc isə "Yırtıcı şəhərlərin səlnaməsi", "The Kid" filmləri ilə tanınıb.

Əsas mövzular