Ermənistanda gözlənilməz istefalar

© © Alexei Druzhinin/ Sputnik/ Kremlin Pool Photo via APНикол Пашинян, фото из архива
Никол Пашинян, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yesayan və Mqryan müvafiq olaraq 2019 və 2020-ci illərdən Ermənistan Polisinin rəisinin müavinləri idilər

BAKI, 5 avqust — Sputnik. Ermənistan Polisinin (Daxili İşlər Nazirliyinin analoqu) rəisinin iki müavini – Ayk Mqryan və Tiqran Yesayan istefa ərizəsi yazıblar. Sputnik Ermənistan xəbər verir ki, bu barədə "168 jam" nəşri öz mənbələrinə istinadən xəbər verir.

Nəşr vurğulayır ki, kadr məsələləri güc strukturları üçün ciddi problem olacaq.

Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan Polis rəisinin müavini Ayk Mqryanın vəzifədən uzaqlaşdırılması ilə bağlı Baş nazir Nikol Paşinyanın təklifini alıb.

Xatırladaq ki, Yesayan və Mqryan müvafiq olaraq 2019 və 2020-ci illərdən Ermənistan Polisinin rəisinin müavinləri idilər.

Xəbər lenti
0