Ermənistan və Gürcüstanda son durum açıqlandı

© AFP 2023 / CHRISTOF STACHEТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanda isə daha 15 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1197-yə çatıb.

BAKI, 5 avqust — Sputnik. Ermənistanda koronavirusa yoluxanların sayı 39586-ya çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ermənistanın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin yaydığı məlumatda bildirilib.

Yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
On koronavirus xəstəsi cinayət məsuliyyətinə cəlb edilib

Məlumatda qeyd olunub ki, son 24 saat ərzində bu virusa yoluxanların sayı daha 288 nəfər artıb.

Ermənistanda son gündə daha 2 nəfər ölüb. Ümumilikdə bu virusdan ölənlərin sayı 770-ə çatıb. Xəstəlikdən sağalanların sayı 30850 olub. Hazırda bu ölkədə 7738 nəfər xəstəxanada müalicə alır.

Gürcüstanda isə daha 15 nəfərdə koronavirus aşkarlanıb. Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1197-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,5 milyonu keçib, 700 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0