06:40 28 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

Çərşənbə axşamı Beyrut limanı ərazisində güclü partlayış baş verib. Son məlumatlara görə, 4 mindən çox insan xəsarət alıb, 100-dən çoxu isə həlak olub.

 

BAKI, 5 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp Livanda baş vermiş partlayışı "hücum" adlandırıb, baxmayaraq ki, partlayışın əsas versiyası terror aktı yox, Beyrut limanında partlayıcı maddələrin təsadüfən partlamasıdır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Tramp bu barədə mətbuat konfransında bildirib.

"Görünür, bu dəhşətli bir hücum idi", - Tramp deyib.

"Beyrutdakı böyük partlayışda bir çox insan həlak olub, yüzlərlə insan ağır yaralanıb. Biz qurbanlar üçün dua edirik. ABŞ Livana kömək etməyə hazırdır", - o əlavə edib.

Mətbuat konfransında Trampdan partlayışın həqiqətən də hücum olduğuna inanmasına dair soruşublar.

Tramp izah edib ki, amerikalı generallarla görüşüb və onlar Beyrutdakı partlayışı hücum hesab edirlər.

"Bəli, partlayışın xarakterinə əsaslanaraq bunun hücum olduğu görünür. Mən bizim bəzi yaxşı generallarımızla görüşmüşəm, görünür, onlar da belə hesab edirlər. Bu hansısa istehsal partlayışı deyil", - Tramp bildirib.

"Onlar bunun hücum, bomba olduğunu düşünürlər", - o əlavə edib.

Çərşənbə axşamı Beyrut limanı ərazisində güclü partlayış baş verib. Şəhər qubernatorunun məlumatına görə, binaların yarısı xəsarət alıb, xəstəxanalar isə çox sayda yaralılara görə dolub. Son məlumatlara görə, 4 mindən çox insan xəsarət alıb, 100 nəfər həlak olub.

Livanın Baş naziri Hassan Diyab Ali Müdafiə Şurasının iclasında bildirib ki, partlayışa səbəb limanda altı il ərzində 2750 ton ammonyak selitrasınin lazımı qaydada saxlanılmaması olub. Livan hökuməti faciə qurbanlarını yad etmək üçün üç günlük matəm elan edib.

Əlaqədar

Beyrutdakı partlayışda baş nazirin ailəsi xəsarət alıb - VİDEO
Minlərlə insanın yaralanmasına və 78 nəfərin ölümünə məsuliyyətsizlik səbəb olub
XİN: Beyrutda partlayışda azərbaycanlıların xəsarət alması ilə bağlı məlumat yoxdur

Əsas mövzular

  • Erməni əsgərinin geyimi, arxiv şəjki

    Düşmən ordusundakı yaralıların say çoxluğu səbəbindən hərbi hospital və mülki xəstəxanalarda yer qıtlığı yaranıb, qan bankında isə ehtiyat qan çatışmazlığı mövcuddur

    286
  • İşğal olunmuş ərazilərimizdə Ermənistan SQ hərbçisi, arxiv şəkli

    Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Həmçinin Murovda əhəmiyyətli yüksəklik alınıb

    515
  • Əsgərlər, arxiv şəkli

    Zərurət yarandığı halda, ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən, Xidmətin yerli struktur bölmələrinə çağırılaraq ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlərə cəlb ediləcəklər

    2053