Qanun çərçivəsində. Lukaşenko Belarus konstitusiyasını dəyişməyi təklif edib

© AP Photo / Sergei GritsПрезидент Белоруссии Александр Лукашенко, фото из архива
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Belarusluların ölkənin taleyi ilə bağlı məsuliyyəti üzərilərinə götürməyə hazır olduqları göz qabağındadır və bu məsuliyyətin dərəcəsini xalq özü təyin edəcək. Amma qanun çərçivəsində", – Lukaşenko deyib.

BAKI, 4 avqust — Sputnik. Yaxın beş il ərzində Belarusda respublika konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendum keçirilməlidir.

Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan
Lukaşenko Belarusun dağılması təhlükəsindən danışdı

Sputnik radiosu xəbər verir ki, ölkə Prezidenti Aleksandr Lukaşenko bu fikirdədir.

Bu barədə məlumatı Belarusun "Zvezda" qəzeti Lukaşenkonun seçkiqabağı proqramı çərçivəsində yayıb.

Belarus prezidenti bildirib ki, belaruslular ümumxalq referendumu zamanı öz hüquqlarını, vəzifələrini, azadlıqlarını və öhdəliklərini, eləcə də dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərini müəyyənləşdirəcəklər.

"Belarusluların ölkənin taleyi ilə bağlı məsuliyyəti üzərilərinə götürməyə hazır olduqları göz qabağındadır və bu məsuliyyətin dərəcəsini xalq özü təyin edəcək. Amma qanun çərçivəsində. Küçələrdə və meydanlarda deyil, hüquqi münasibətlər vasitəsilə", – Lukaşenkonun seçkiqabağı proqramında deyilir.

Belarusda prezident seçkiləri avqustun 9-da keçirilməlidir.

Xəbər lenti
0