Amerikanların kosmik gəmisi Yerə qayıtdı - VİDEO

© Photo : Twitter/Elon MuskАстронавты Дуглас Херли и Роберт Бенкен в космическом корабле Crew Dragon
Астронавты Дуглас Херли и Роберт Бенкен в космическом корабле Crew Dragon - Sputnik Azərbaycan
Abunə olmaq
Astronavtları öncə Florida sahilindəki hərbi bazaya, sonra isə Hyustona aparacaqlar. Heyət üzvləri Yerə qayıtdıqdan sonra özlərini yaxşı hiss etdiklərini bildiriblər

BAKI, 2 avqust — Sputnik. Crew Dragon Beynəlxalq Kosmik Stansiyaya (BKS) ilk pilotlu uçuşunu bitirərək Atlantik okeanında, Meksika körfəzində, Florida sahillərinin yanında suya enib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, enmə zonasında kosmik gəmini Go Navigator xilasetmə gəmisi gözləyirdi. Mütəxəssislər kapsula baxış keçirdikdən və onu göyərtəyə qaldırdıqdan sonra astronavtlar kapsuldan çıxa biləcəklər.

​Sonra BKS-dən qayıdan Daq Herli və Bob Benken tibbi müayinədən keçəcəklər. Astronavtları öncə Florida sahilindəki hərbi bazaya, sonra isə Hyustona aparacaqlar. Heyət üzvləri Yerə qayıtdıqdan sonra özlərini yaxşı hiss etdiklərini bildiriblər. 

SpaceX şirkətinin istehsalı olan Crew Dragon kosmik gəmisi mayda fəzaya uçmuşdu. O, NASA-nın iki astronavtını BKS-ə çatdırmışdı. Kosmonavtlar stansiyada iki ay keçiriblər.

 

Xəbər lenti
0