06:32 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (520)
1810

Məmurlar deyirlər ki, açıq sahələri əyləncəli gecə müəssisələrinə çevirərək tədbirlərin keçirilməsi üçün icarəyə vermək olar

BAKI, 2 avqust — Sputnik. Berlin hökuməti açıq sahələri səma altında gecə klubuna çevirməyi təklif edir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Travel and Leisure yazır.

Koronavirus pandemiyası zamanı qoyulan məhdudiyyətlər səbəbindən bir çox şəhərlərin sakinləri, məsələn, rəqs klublarına gedə bilmirlər. Almaniyanın paytaxtında onların sağlamlığını riskə atmadan əylənmələrinə imkan verən çarə tapıblar.

Məmurlar deyirlər ki, açıq sahələri əyləncəli gecə müəssisələrinə çevirərək tədbirlərin keçirilməsi üçün icarəyə vermək olar. Orada sosial distansiyanı gözləmək asandır, çünki yer genişdir. Həmçinin iştirakçılar gigiyena qaydalarına riayət etməyə - tez-tez əllərini yumağa məcbur olacaqlar.

“Berlin sakinləri adət etdikləri gecə klubu həyatı, anderqraund əyləncələri üçün çox darıxıblar, - şəhərin iqtisadiyyat naziri Ramona Pop deyib. – Ona görə də biz ictimai yerlərdə turistlər və şəhər sakinləri üçün leqal əyləncə, ziyafət imkanı yaratmaq istəyirik”.

Almaniya KİV-lərinin məlumatına görə, belə klublar yaxın həftələrdə peyda ola bilər.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (520)

Əlaqədar

Turistlər, bayramlar və etirazlar – Həftənin fotosu
Xaricdə gəzmək istəyən özünə agent tapsın - hər şey qanunidir və bu gündən başlayır
Karantinin həsrət qoyduğu həyat! Özümüzü necə qoruyacağımız sual altındadır
Dəqiq rəqəmi heç kim deyə bilmir! Pandemiya on minlərlə insanı işsiz qoyub
Teqlər:
gecə klubu, Berlin, COVID-19, Koronavirus, karantin

Əsas mövzular