09:35 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
13 0 0

Monmut Universitetinin apardığı sorğunun nəticələrinə görə, Demokratlar partiyasından olan namizəd Co Baydenə respondentlərin 52, Trampa isə 41 faizi səs verməyə hazırdır

BAKI, 2 avqust — Sputnik. ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək. Sputnik Azərbaycan Reuters-ə istinadən bildirir ki, bunu Ağ Evin qərargah rəisi Mark Midouz Donald Trampın seçkini koronavirus pandemiyası səbəbilə təxirə salmaq təklifinə cavab olaraq deyib. 

“Biz seçkini noyabrın 3-də keçirəcəyik və prezident qalib gələcək”, - Midouz söyləyib. Onun fikrincə, Prezidentin seçki barədə təklifi poçt ilə seçki keçirilməsinin mükəmməl olmadığına işarə edirdi. Məmur hesab edir ki, bu yolla keçirilən seçkidə nəticələri saymaq daha çox vaxt aparacaq.

Tramp bildirmişdi ki, onun seçkidə uduzmasına yeganə səbəb seçkinin poçt ilə keçirilməsi ola bilər.

“Onlar (demokratlar - red.) – aldadır, oğurluq edir və soyurlar. Onlar müəyyən rayonlara, əsasən respublikaçı olanlara bülleten göndərmirlər, - Tramp deyib.

O həmçinin qeyd edib ki, 2020-ci il prezident seçkisində qalib gəlməsə, uduzduğunu etiraf etməyə hazırdır.

ABŞ-da prezident seçkisi bu il noyabrın 3-nə planlaşdırılır. Monmut Universitetinin apardığı sorğunun nəticələrinə görə, Demokratlar partiyasından olan namizəd Co Baydenə respondentlərin 52, Trampa isə 41 faizi səs verməyə hazırdır.

 

Əlaqədar

Trampın ABŞ torpaqlarını satmaq istəyi məlum olub
Çox çəkmədi: Kanye Uest ABŞ prezidenti seçkilərində iştirak etməyəcək
Trampın Putinə “son hədiyyəsi”
“Lütün” biri imiş ki... Trampın gəlirləri açıqlandı

Əsas mövzular