15:12 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (394)
1510

Krippen pis eşitdiyindən Boro ümumi atalarının adını lövhəyə yazıb, Krippen isə həmin kişinin qızı olduğunu təsdiqləyib

BAKI, 2 avqust — Sputnik. ABŞ-ın Nebraska ştatında iki bacı əlli il sonra koronavirus sayəsində görüşə bilib.

Sputnik Azərbaycan bildirir ki, bu barədə UPI yazır.

Saytın məlumatına görə, mayda xəstələnən 73 yaşlı Doris Krippen hesab edib ki, adi qripə yoluxub. Amma o sonradan o qədər zəifləyib ki, yıxılaraq qolunu sındırıb. Müayinə zamanı məlum olub ki, Krippen koronavirusa yoluxub və sağalmaq üçün qadın xəstəxanada təxminən 1 ay qalmalı olub.

​Bundan sonra isə D.Krippen Fremont şəhərindəki reabilitasiya mərkəzinə müraciət edib. Burada 20 ildən çox işləyən 53 yaşlı Bev Boro xəstələrin siyahısında Krippenin soyadını görəndə anlayıb ki, bu onun bacısıdır.

“Mən inana bilmirdim. Öz-özümə fikirləşdim ki, “Aman Allah, yəqin, bu mənim bacımdır”, - Boro UPİ-yə deyib.

Krippen pis eşitdiyindən Boro ümumi atalarının adını lövhəyə yazıb, Krippen isə həmin kişinin qızı olduğunu təsdiqləyib.

“Mənim buraya (reabilitasiya mərkəzinə - red.) yönəldilməyim Allahın lütfü idi, çünki buraya gəlməsəydim, bacımı tapa bilməyəcəkdim”, - deyə illərlə Bev Boronu axtaran Krippen deyib.

Yarım əsrdən çox ayrı düşən bacıların ataları bir, anaları ayrıdır. Krippeni doğma anası böyüdüb, Boronu isə altı ayında övladlıq veriblər. Qadınların digər bacı-qardaşları da var və Boro onların əksəriyyətini tapıb.

 

Mövzu:
Dünyanı cənginə almış bəla (394)

Əlaqədar

Koronavirus öləcək: maskanı benzinə batırın...
Qorxudan temp - üç günə 1 milyon insan yoluxur
Koronavirusu spreylə dayandıracaqlar
Əvvəl risk qrupundakılar, sonra isə hamı - kütləvi peyvəndin başlama tarixi uzaqda deyil
Prezidentdən ikibaşlı açıqlama – ya xəstəlik yoxa çıxacaq, ya da rüşvət

Əsas mövzular