09:37 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
2110

Tramp Almaniyanın Rusiyadan qorunmasının vacibliyinə şübhə etmişdi. Onun sözlərinə görə, Berlinin il ərzində enerjiyə görə Moskvaya milyardlarla dollar ödədiyi nəzərə alınsa, bu, qəribədir

BAKI, 2 avqust — Sputnik.  ABŞ qoşunlarının üçdə birindən çoxunun Almaniyadan çıxarılması, ola bilsin ki, ABŞ-ın hazırkı Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə “sonuncu hədiyyəsi”dir.

Sputnik Azərbaycan bildirir ki, bunu analitik Nik Robertson CNN üçün hazırladığı məqalədə deyib. 

Ekspert hesab edir ki, Amerika liderinin Birləşmiş Ştatların geosiyasi rəqiblərinə hədiyyələri onun bütün prezidentliyi dövründə davam edib. Robertson Avropa komandanlığının qoşunlarının dislokasiyasını ağır səhv hesab edir.

Robertson qeyd edib ki, bu qərarı elan etmək üçün Trampa cəmi 2 saniyə bəs elədi, amma “bu qərarın hərbi alyansa vuracağı zərərin aradan qaldırılması üçün illər lazım ola bilər”.

Tramp Almaniyanın Rusiyadan qorunmasının vacibliyinə şübhə etmişdi. Onun sözlərinə görə, Berlinin il ərzində enerjiyə görə Moskvaya milyardlarla dollar ödədiyi nəzərə alınsa, bu, qəribədir. Bundan başqa, ABŞ rəhbəri AFR-in NATO-ya üzvlük haqqını ödəmək üçün büdcəsindən kifayət qədər pul xərcləməyə tələsmədiyini də diqqətə çatdırıb.

İyulun 29-da ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, Pentaqon Almaniyadan təxminən 11.9 min hərbçini çıxaracaq, eləcə də ABŞ SQ-nin Avropa komandanlığının qərargahını Belçikaya köçürəcək. Hərbçilərin 5.6 mini NATO-nun digər üzv ölkələrinə yönəldiləcək, qalanları isə ABŞ-a qayıdacaq və rotasiya əsasında Avropaya qayıdacaqlar. Onlar, həmçinin Rusiyanın “qarşısının alınması üçün” şərqdə və Qara dəniz rayonunda da xidmət edəcəklər.

Əlaqədar

Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər
ABŞ Rusiya layihəsinin tərəfdarlarını qorxutdu
“Lütün” biri imiş ki... Trampın gəlirləri açıqlandı
"Qara sxem": daxili düşmən Amerikanı məhv edəcək, lakin Rusiyanı xilas edə bilər
Rəqibdir, rəqib deyil? ABŞ artıq Rusiyanı güclü saymır

Əsas mövzular