Təyyarədə maska üstündə dava düşdü

CC0 / Stefan Schweihofer / KLMKLM aviaşirkətinin təyyarəsi uçuş zamanı, arxiv şəkli
KLM aviaşirkətinin təyyarəsi uçuş zamanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
KLM aviaşirkəti ilə uçan kişi digər sərnişinlərlə maska taxmaq istəmədiyinə görə mübahisə edib. Onun sərxoş olduğu bildirilir

BAKI, 2 avqust — Sputnik. İbizaya uçan təyyarənin sərnişinləri maska taxmaq istəməyən turisti döyüblər.

Sputnik Azərbaycan bildirir ki, hadisəni əks etdirən kadrlar Twitter-də paylaşılıb.

​Kadrlarda təyyarə ekipajının dalaşanları ayırmağa cəhd etdiyi görünür. Sonra kişilərdən birini yıxır, digərlərini isə sakit olmağa dəvət edirlər. Adamlardan biri isə: “Burada uşaqlar var!” – deyə qışqırır. 

KLM aviaşirkəti ilə uçan kişi digər sərnişinlərlə maska taxmaq istəmədiyinə görə mübahisə edib. Davada ümumilikdə 10 nəfər iştirak edib. Maska taxmaq istəməyən turistin sərxoş olduğu bildirilir.

Xəbər lenti
0