09:40 21 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
22 0 0

Amerikanın müxtəlif ştatlarında yaşayan insanlar Çindən sifariş vermədikləri halda içində müxtəlif bitkilərin toxumları olan bağlamalar alıblar

BAKI, 2 avqust — Sputnik. ABŞ-ın Kənd təsərrüfatı nazirliyi Çündən ölkənin müxtəlif ştatlarının sakinlərinə göndərilən bağlamalardakı toxumların mənşəyini açıqlayıb. Bunlar nanə, rozmarin, lavanda, hibiskus və qızılgül toxumları imiş.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Business Insider yazır. Qurumun nümayəndələri bildiriblər ki, bağlamalarda təhlükəli bitkilər aşkarlanmayıb. Onlar həmçinin əlavə ediblər ki, bu yolla satıcılar alıcılardan müsbət rəy alacaqlarını düşünərək reytinqlərini artırmaq məqsədi güdüblər.

Bundan əvvəl məlumat verilmişdi ki, ABŞ-ın müxtəlif ştatlarında yaşayan insanlar Çindən sifariş vermədikləri halda içində müxtəlif bitkilərin toxumları olan bağlamalar alıblar. Hökumət insanlardan paketləri açmamağı, onları ekspertizaya göndərməyi xahiş etmişdi.

Əsas mövzular