09:46 30 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3110

Orakzai Əfqanıstanda təşkil olunan hücumlara və təşkilatın daxilindəki rəqibləri məhv etməyə görə məsuliyyət daşıyırdı. Buna görə onu “İŞİD-in qəssabı” adlandırırdılar

BAKI, 2 avqust — Sputnik. Terrorçu “İslam  dövləti” təşkilatının “Xorasan” qolunun kəşfiyyatının rəhbərini Əfqanıstanda öldürüblər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə TOLO News telekanalı Əfqanıstanın Milli Təhlükəsizlik İdarəsinə istinadən məlumat yayıb.

​Əsədulla Orakzaini Pakistanla sərhəddəki Nanqarhar vilayətində avqustun 1-i axşam  məhv ediblər. İŞİD öz üzvünün öldürüldüyünü təsdiqləyib.

Orakzai Əfqanıstanda təşkil olunan hücumlara və təşkilatın daxilindəki rəqibləri məhv etməyə görə məsuliyyət daşıyırdı. Buna görə onu “İŞİD-in qəssabı” adlandırırdılar.

“Əfqanıstanın bölgədəki və beynəlxalq partnyorları unutmamalıdırlar ki, bu ölkə terrorizmlə mübarizədə əsas rolu oynayır. Biz terrorçuları və onların şəbəkələrini məhv etməyə davam edəcəyik” , - Milli Təhlükəsizlik İdarəsindən bildirilib.

 

Əsas mövzular