15:13 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
17 0 0

"Türkiyənin Hərbi Hava Qüvvələri və MİT-in birgə əməliyyatının gedişatında İraqın şimalında, Qara ərazisində PKK-nın altı terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyənin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - xəbərdə bildirilir.

BAKI, 2 avqust — Sputnik. Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində İraqın şimalında PKK-nın altı terrorçusu zərərsizləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin xəbərində deyilir.

"Türkiyənin Hərbi Hava Qüvvələri və MİT-in birgə əməliyyatının gedişatında İraqın şimalında, Qara ərazisində PKK-nın altı terrorçusu zərərsizləşdirilib. Terrorçular Türkiyənin Hərbi Hava Qüvvələrinin zərbəsi nəticəsində zərərsizləşdirilib", - xəbərdə bildirilir.

Daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayip Ərdoğan qeyd edib ki, PKK 1984-cü ildən2020-ci ilin martına qədər Türkiyədə bir sıra cinayətlər törədib. Bu təşkilat tərəfindən Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakini öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-ı terror təşkilatları siyahısına daxil edib.

Əsas mövzular