Cəmi 20 il qalıb - Bəşəriyyət üçün dəhşətli proqnoz verilib

© Sputnik / Nikolay Hizhnyak / Mediabanka keçidСамшитовый лес в Краснодарском крае
Самшитовый лес в Краснодарском крае - Sputnik Azərbaycan
Abunə olmaq
Ehtimal olunur ki, insanlar meşələrin tükənməsinin təsirini yüz ildən sonra deyil, daha əvvəl hiss etməyə başlayacaqlar.

BAKI, 1 avust — Sputnik. Meşələrin intensiv qırılması və əhalinin həddən artıq çox olması insan sivilizasiyasını 2040–cı ilə qədər məhv olma təhlükəsi ilə qarşı-qarşıya qoyur.

Вид на рудно-фосфатный карьер, фото из архива - Sputnik Azərbaycan
Bəşəriyyəti növbəti fəlakət gözləyir: mineral gübrələr tükənir

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Londonda yerləşən Alan Turinq İnstitutu və Çilidə olan Tarapaki universitetinin yeni araşdırmasına görə, bəşəriyyət "qarşısı alınmaz çökməyə" doğru hərəkət edir.

Elm adamları əhalinin artım tarixi, qaynaqların istehlakı və meşələrin qırılması tarixlərini araşdırıb. Və bu məlumatlarla riyazi düstur hazırlayıb.

Müəyyən edilib ki, vəhşi təbiətin məhv edilməsi davam edərsə, Yer artıq bir çoxmilyardlı əhalini saxlaya bilməyəcək.

Qrupun kədərli proqnozuna görə, əgər mövcud tendensiya dəyişməsə, qarşıda gələn 20-40 il ərzində sivilizasiya 90 faiz dağılma təhlükəsi ilə qarşı-qarşıya qalacaq.

Ekspertlər hesablayıblar ki, insan Yer üzünə gəlməmişdən öncə yer üzü 60 milyon kvadart kilometr meşə örtüyü ilə əhatələnmiş olub. Bu gün həmin rəqəm 40 milyon kv. kilometrə düşüb.

Önümüzdəki illərdə əhəmiyyətli miqdarda yaşıl sahənin itiriləcəyi ehtimal edilir. Fiziklərin hesablamalarına görə, 100-200 il ərzində meşələr Yer üzündən silinə bilər.

Ehtimal olunur ki, insanlar meşələrin tükənməsinin təsirini yüz ildən sonra deyil, daha əvvəl hiss etməyə başlayacaqlar.

"İnsan cəmiyyətinin yalnız son ağac kəsildikdən sonra əzab çəkməyə başlayacağını düşünmək sadəlövhlük olardı", -  deyə tədqiqat müəllifləri qeyd ediblər.

Sağlam meşələr karbon saxlamaq, oksigen istehsal etmək, heyvan və insan qidası sistemlərini saxlanılması və s. üçün əhəmiyyətli dərəcədə vacibdir. BMT ekspertləri qeyd edirlər ki, 1990-cı ildən bəri meşələrin qlobal tempdə azalma səviyyəsi düşüb, amma buna baxmayaraq ağacların kəsilməsi ciddi problem olaraq qalır. Belə ki, keçən il 178 milyon hektar meşə ərazisi (Liviya ərazisi) məhv edilib.

Xəbər lenti
0