Koronavirus öləcək: maskanı benzinə batırın...

© AP PhotoFilippin prezidenti Rodriqo Duterte
Filippin prezidenti Rodriqo Duterte - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin çıxışından sonra ölkənin Kimyaçılar İttifaqı (ICP) əhaliyə xəbərdarlıq etməyə məcbur qalıb

BAKI, 1 avqust — Sputnik. Filippin Prezidenti Rodriqo Duterte vətəndaşlara koronavirusdan qorunmaq üçün maskalarını dezinfeksiya etmək üçün benzinə, yaxud dizel yanacağına batırmağı məsləhət görüb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə CNN Philippines məlumat yayıb.

Prezident daha əvvəl də fərdi qorunma vasitələrini bu üsulla dezinfeksiya etməyi məsləhət görmüşdü. Amma o zaman ölkənin Səhiyyə nazirliyi bildirmişdi ki, prezident zarafat edir. Amma son çıxışında Duterte ciddi olduğunu bir daha vurğulayıb.

“Maskanın üzərinə spirt püskürtsəniz, onu yenidən istifadə edə bilərsiniz. Əgər dezinfeksiya etmək üçün spreyiniz yoxdursa, maskanı benzin və ya dizel yanacağı ilə təmizləyə bilərsiniz. Koronavirus öləcək”, - Duterte deyib.

Bundan bir qədər sonra isə Filippinin Kimyaçılar İttifaqı (ICP) ölkə əhalisinə benzin buxarını udmağın orqanizm üçün zərərli olduğu barədə xəbərdarlıq edib.

Son məlumatlara görə, Filippində 93 354 nəfər koronavirusa yoluxub, 2023 nəfər COVID-19-da dünyasını dəyişib.

Xəbər lenti
0