05:04 29 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
210410

Artıq sabah ABŞ Demokratlar partiyasının konventində (onlayn formatda keçiriləcək) küçmiş vitse-prezident Co Bayden ola bilsin ki, təkbaşına Birləşmiş Ştatların Prezidentini seçsin.

 

BAKI, 30 iyul — Sputnik, Viktor Maraxovski. Artıq sabah ABŞ Demokratlar partiyasının konventində (onlayn formatda keçiriləcək) küçmiş vitse-prezident Co Bayden ola bilsin ki, təkbaşına Birləşmiş Ştatların Prezidentini seçsin.

Bunun baş vermə səbəbi belədir: Bayden hazırda öz rəqibini, hazırkı prezident Donald Trampı müxtəlif sorğulara əsasən, 2-10% qabaqlayır. Və onun prezidentliyi bir növ həll olunmuş məsələ kimi görünür.

Qeyd edək ki, Hillari Klintonun prezidentliyi də "br növ həll olunmuş məsələ kimi" görünürdü, lakin reallıq vəziyyətə düzəlişlər etdi.

Demək belə: Co Bayden prezident kimi and içsə, bunu 78 yaşında edə biləcək. O ən yaşlı president olacaq və əvvəlki rekordçu olan Donald Trampı təxminən on il üstələyəcək.

Yəni, Oval kabinetdə keçmiş prezidentlərdən çoxunun (45-dən 36-nın) artıq həyatda olmadığı yaşda ağalıq edəcək. Demokratların namizədinin davranışında hazırda baş verən qəribəlikləri nəzərə alsaq, hamı başa düşür ki, Bayden prezidentliyini sağ başa vurmaya bilər.

Bu faciəvi hadisə baş verərdə, president postuna müddətin sonunadək vitse-prezident yiyələnəcək. Və bu qanuni, lakin xalq tərəfindən seçilməmiş president nəhəng nüvə dövlətini 2015-ci ilədək idarə edəcək.

Bayden yaxın günlərdə məhz bu adamın adını çəkəcək.

Əvvəldən yalnız bir şey bilinir: bu adam qadın olacaq, Bayden hələ yazdan elə söz verib. Amerikanın siyasi gündəmində indi ortaya çıxan sual bu qadının kimliyidir.

Ən populyar bir neçə namizəd var — ilin əvvəlində partiyadaxili yarışda öz səslərini Baydenə vermiş senator Elizabet Uorren; Miçiqan ştatının qubernatoru Qrethen Uitmer (48 yaşı var); senator Temmi Dakvort (İraq müharibəsinin veteranı, orada iki ayağından məhrum olub, çinli qanı var); konqresvumen Vel Deminqs (qaradərili keçmiş polis); Karen Bass (qaradərili narkotiklər əleyhinə mübarizənin fəalı); Süzan Rays (Obamanın milli təhlükəsizlik üzrə keçmiş qaradərili müşaviri); Kamala Harris (yarı qaradərili, yarı hindu, Kaliforniyanın keçmiş baş prokuroru). Yeri gəlmişkən, məhz sonuncu ikisini vitse-prezident yarışının liderləri hesab edirlər.

Mənim namizədlərin irqi mənsubiyyətini və əlliliklərini qeyd etməyimdə məqsədim heç də vəziyyətin məşhur lətifədəki "ABŞ-ın növbəti prezidenti təkayaqlı zənci qadın olacaq" kimi oldğunu vurğulamaq deyil. İş ondadır ki, bütün bu irqi və əlillik xüsusiyyətlərini amerikalı analitiklər ciddi şəkildə əhəmiyyətli hesab edirlər.

Üstünlük qaradərililərdədir — çünki 2016-cı il uğursuzluğunun əsas amillərindən biri kimi Demokratlar Partiyasında Hillari Klintonla onun ağdərili vitse-prezident namizədinin ölkə əhalisinin 13%-ni təşkil edən zəncilər tərəfindən zəif şəkildə dəstəklənməsini hesab edirlər. Ona görə də onları vitse və ya prezident postu ilə cəlb etmək lazımdır.

Boston Globe kimi nəşrlər birbaşa yazırlar: Baydenin vitse-prezident namizədi qaradərili olmalıdır.

Güman olunur ki, qaradərili tandemdə təqib olunan qara azlıq mövqelərindən aqressiv şəkildə Trampın və respublikaçıların irqçi mahiyyətini ifşa edəcək, Bayden isə elan edəcək ki, Obama ilə birgə ölkəni idarə etdikləri dövrdə cəmiyyətdə belə qütbləşmə yox idi və onun missiyası ölkənin yenidən birləşdirilməsidir.

...Amma maraqlı məqam var.

Belə bi fikir var ki, belə bir tandem ölkəni Trampdan daha yaxşı birləşdirə bilməyəcək.

Ola bilsin ki, daha pis birləşdirdi.

Bu yaxınlarda bizdə adı çəkilmiş, on il əvvəl 2020-ci ildə ABŞ-da siyasi qeyri-sabitlik olacağını demiş biri kimi qəflətən ortaya çıxmış Konnektikut Universitetinin professoru Pyotr Turçin bu qeyri-sabitliyin əsas amillərindən biri kimi "elitaların həddindən çoxluğunu" göstərmişdi.

Bu çoxluq isə nə qədər qəribə olsa da, zəngin insanların faizinin artması kimi pozitiv bir tendensiyadan ortaya çıxır.

Biz isə burada həmişə fikirləşirik ki, ən pisi varlılarla kasıbların arasındakı uçurumun getdikcə dərinləşməsidir.

Lakin deyəsən, problemi ilk baxışda müsbət görünən dəyişikliklər yaradır. Biz artıq yazmışdıq ki, 1970-ci ildə əhalinin 62%-ni, indi isə haradasa yarısını təşkil edən ABŞ-ın orta təbəqəsi ya varlanır, ya da yoxsullaşır. Maraqlıdır ki, bu təbəqənin sıralarını son 10 ildə tərk edənlərin üçdə ikisi yoxsullara yox, zənginlərə qoşulublar.

Bundan əlavə, hətta həddindən zənginlərin sayı artıb: ABŞ-ın ən zəngin vətəndaşlarının şərti "brilyant faizi" artıq iki faizi də keçib. 1995-ci il qiymətləri ilə hesablananda on milyon dollardan çox sərvəti olan ailələrin sayı 1983-dən 2010-cu ilədək beş dəfə artıb (indi daha da çoxdur). ABŞ-da indi elita nümayəndəsi həddindən çoxdur, təxminən 19 milyon milyonçu var (Rumıniya və Qazaxıstanın əhalisi qədər), desimilyonçular yarım milyon, milyarderlər isə haradasa 650 nəfərdirlər.

Əslində bu yaxşıdır?

Lakin bir nüans var. İnsanlar varlananda təbii olaraq hakimiyyətə iddia etməyə başlayırlar. Onlar özlərinin iqtisadi qüdrətlərini hiss edirlər və onu siyasi gücə çevirməyə çox can atırlar. Onlar şəhərlərə, ştatlara, Konqresə, Ağ evə iddia irəli sürürlər.

Lakin hakimiyyətdəki yerlərin sayı artmayıb. 450 yerlik Konqresə heç bütün milyarderlər sığışa bilmzz.

Elitadakı belə "basabasa" görə onların arasında heç bir həmrəylik olmur, əksinə, dəhşətli qırğın başlayır.

Yeri gəlmişkən, düşünməyin ki, bu qırğında yalnız varlılar iştirak edirlər.

İş ondadır ki, digərləri, yəni, həmin orta təbəqə və kasiblar hiss edəndə ki, əsl pullar, qüvvə və rifah onlardan harasa yuxarıya doğru aralaşır, onlar da qüvvələrini cəm edib varlıların və böyüklərin parlayan dünyasına düşmək üçün sosial liftlərə doğru axışdırlar.

Nəticədə все ABŞ-da son illər ərzində əhalinin artımını xeyli qabaqlayan templərlə hüquqşünasların, politoloqların və "ictimai elmlər üzrə mütəxəssislərin" sayı artmağa başlayıb. Yəni, nəzəri olaraq sonradan siyasi karyeraya çevrilə bilən və çevriləcək ixtisaslardan söhbət gedir.

Bu adamların çoxu nəinki siyasi karyeraya başlaya bilməyib, heç öz sahəsində uğur qazanmayıb.

Onlar qəzəblidirlər, əsəbidirlər və prinsip etibarı ilə hazırkı Amerikanın alovlanmasının əleyhinə deyillər. Çünki böhran həm də, bəziləri üçün imkanlar pəncərəsi rolunu oynayır.

Bu insanlar ola bilsin ki, ayrı-ayrılıqda Amerikaya çox vətənpərvərcəsinə yanaşırlar, lakin bir yerdə ölkənin əsas daxili düşmənidirlər.

Həm də Rusiyadan fərqli olaraq amerikalıları ölkədən heç yerə çıxarmaq olmur. Rusiyada barışmaz elita nümayəndələri və yaxud istəklərinə rəğmən elə ola bilməyənlər sadəcə mühacirətə gedirlər və sonradan Florida, Kolorado, yaxud da bəxtləri gətirməsə Kiyevdən Rusiyanın dəhşətlərinə "layk" qoymağa başlayırlar. Amerikalılar isə artıq ABŞ-dadırlar, onlar uğur qazanmaq üçün artıq hər şeyi ediblər, indi isə onların göstərdikləri vekseli nağdlaşdırmaq istəmirlər.

Diqqət, sual: "Co baba" və qara dəmir ledi bu adamların nə ilə könlünü ala və sakitləşdirə biləcəklər? İki ali məmurdan birinin cinsini və rəngini dəyişməklə hədəf qrupu qarşısında real qüdrətə doğru irəlilədiklərini imitasiya etməklə? Bu, elita nümayəndələrinin daxili rəqabət problemlərini necəsə həll edəcək?

Hakimiyyət əvvəlki kimi rezindən deyil.

...Yeri gəlmişkən, hakimiyyət haqqında.

Müxtəlif ölkələrdəki elitaların bir-birilərindən nə iləsə fərqləndiyini düşünmək lazım deyil. Biz Rusiyanın misalında görürük ki, vaxtaşırı olaraq yerli boyarların müxtəlif hissələri hər şeyi unudaraq həvəslə iğtişaş yaratma oyunlarına girişdiklərini görürük. Bunu dəfələrlə, davamlı olaraq edirlər. O vaxta qədər ki, obrazlı desək, meşəbəyi gəlib çıxır.

Və məhz ona görə dünyanın ən əhəmiyyətli dövlətlərindən biri kimi ABŞ-ın hazırkı və gələcək taleyi bizim elitalara da açıq dərs olacaq.

Və bununla da biz qabaqcıl Amerika təcrübəsini təkrar etməkdən qurtulacağıq.

Əsas mövzular