Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tramp NATO-nu ticarətlə qarışdırıb: Niyə Rusiyanı "Böyük yeddilik"də görmək istəmirlər

© AFP 2023 / TOBIAS SCHWARZСимвол НАТО, фото из архива
Символ НАТО, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərbdə Çinlə qarşıdurmanın qaçılmaz olduğunu dərk edirlər: Rusiyanın G7-yə qayıtması onun Qərbə məxsus olduğunu təsdiq edə bilərdi.

Qaliya İbrahimova, RİA Novosti

BAKI, 29 iyul — Sputnik. Vaşinqton və Berlin mübahisə edir ki, "Böyük yeddilik"in növbəti sammitinə Moskvanı dəvət etmək lazımdırmı? Donald Tramp Vladimir Putini danışıqlarda görmək istəyir, AFR-in xarici işlər naziri Hayko Maas isə Ukrayna problemi üzündən Rusiya lideri ilə ünsiyyətin mümkünsüzlüyünü göstərir. Kreml də cavab verir ki, G7-də iştirak etmək istəyi yoxdur və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan "Nüvə beşliyi" ilə qarşılaşmağa üstünlük verir. Hadisələrin hansı ssenari üzrə inkişaf etmə ehtimalı daha çoxdur? Bu barədə RİA Novosti-nin materialında.

İlqar Vəlizadə - Sputnik Azərbaycan
G7 sammiti liderlər arasında ziddiyyətləri aşkara çıxardı - politoloq danışır

"Təhlükəsizlik - mal deyil"

Almaniya Federativ Respublikası və ABŞ bu il diplomatik münasibətlərin 65 illiyini qeyd edir. Vaşinqton və Berlin İttifaqı Avroatlantik təhlükəsizliyə zəmanət sayılır. Amma yubiley ovqatı təlx ola bilər.

Yayın əvvəlində ABŞ prezidentinin blef etmədiyi və həqiqətən də, 9,5 min amerikalı hərbçini Almaniyadan çıxarmağa hazırlaşdığı aydın oldu. Əsas səbəb alman hökumətinin Şimali Atlantika Alyansına xərcləri artırmaq istəməməsidir. Ağ Evi Berlinin Amerika mallarına olan rüsumları azaltmaqdan imtina etməsi qane etmir.

"Tramp NATO-nu ticarət təşkilatı ilə qarışdırır. Təhlükəsizlik mal deyil və yalnız qarşılıqlı ola bilər", — deyə Almaniyanın müdafiə naziri Anneqret Kramp-Karrenbauer Amerika liderinə etiraz etməyə çalışıb. Amma əbəs yerə.

"Əgər almanlar bizim himayəmiz altında olmaq istəyirlərsə, qoy borclarını ödəsinlər və NATO-nun büdcəsinə ödənişləri artırsınlar", - deyə Berlindəki keçmiş amerikalı səfir Riçard Qrenell bildirib. Tramp onunla həmrəy olub.

Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsində də vahid mövqeyi yoxdur. Amerikalılar israr edirlər ki, "Şimal Axını-2" və "Türk axını" avropalıların Rusiya qazından asılılığını artırır və siyasi risklər yaradır.

ABŞ prezidenti Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Tramp nə üçün Rusiyanı "G7"yə qaytarmaq istəyir

Almanlar razı deyil, Vaşinqtonun müdaxiləsi onların xoşuna gəlmir. Amerikalılar isə Rusiyanın enerji layihələrinin avropalı iştirakçılarına qarşı yeni sanksiyalar tətbiq etməklə öz bildiklərini əldən qoymurlar.

"Anti-Çin Alyansı"

Guya Berlin Vaşinqtonla Moskva ilə bağlı konsensusa malikdir: Krımın Rusiya ilə birləşməsini tanımamaq, Kiyevi Ukraynanın cənub-şərqindəki münaqişədə dəstəkləmək. Lakin digər problemlər barəsində bu yaxınlarda fikir ayrılıqları yarandı.

Dövlət Departamenti ötən həftə Çinə qarşı alyans yaratmaq planlarını açıqlayıb. Özü də Mayk Pompeo buna Moskvanı cəlb etməyi təklif etdi. Prezident Tramp sentyabrda keçiriləcək G7 sammitinə Vladimir Putini dəvət etmək ideyasını xatırladı. "Böyük səkkizlik"in bərpasından danışılmasa da, bu, anti-Çin İttifaqını müzakirə etmək üçün yaxşı imkandır. Görünür, Vaşinqtonda bu cür müzakirələr aparılıb.

Almaniyanın başqa məntiqi var. Angela Merkel hesab edir ki, Çin, doğrudan da "əsas xarici siyasət çağırışıdır", özü də yalnız ABŞ üçün deyil, həm də Avropa üçün. Amma AFR kanslerinin fikrincə, hələlik heç bir ölkə ÇXR-ə qarşı duruş gətirə bilmir.

"G7-nin anti-Çin Alyansına çevrilməsi Berlinin maraqlarına cavab vermir", - Merkel əmindir. O, hələ də pandemiyanın ortasında ABŞ zirvəsinə gedib-getməmək arasında tərəddüd edir.

Ракетный комплекс Искандер-М - Sputnik Azərbaycan
TƏHLİL
NATO-ya “sevgilərlə” - “İskəndər”ə matros köynəyi geyindirirlər

Alman diplomatiyasının rəhbəri Hayko Maas Trampın Putini sammitə çağırmaq niyyətinin qəti əleyhinədir.

"Krım və Ukraynanın cənub-şərqindəki hərbi qarşıdurma Rusiyanın G8-dən çıxarılmasına təsir göstərib. Nə qədər ki, bu məsələlər həllini tapmaylıb, mən Moskvanın bu formatda üzvlüyünü bərpa etmək zərurətini görmürəm", — deyə o bəyan edib.

Və əlavə edib ki, bu, dialoqun mümkün olmadığı anlamına gəlmir. Maas Ukrayna, Suriya və Liviyadakı münaqişələrin həllində Rusiya olmadan irəliləyişə nail olunmayacağını bildirib.

"Beşlər sammiti" üzrə konsensus

Diskussiyaya Moskvada da reaksiya verilib. XİN-də və Federasiya Şurasında hər hansı anti-Çin birliklərində iştirak etməyi istisna ediblər, Çinlə əməkdaşlığın Rusiya üçün prioritet olduğunu vurğulayıblar.

"Yeddilər qrupu" Qərb dünyasının birliyini nümayiş etdirmək alətinə çevrilib, lakin yeni qərarlar qəbul etməyi dayandırıb. Rusiya hər zaman istənilən formatda dialoqa hazırdır, lakin yalnız iştirakçıların bərabərliyi şərti ilə", — deyə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin rəhbəri Konstantin Kosaçev bildirib.

Prezidentin mətbuat katibi Dmitri Peskov Moskvanın "Böyük yeddiliyə" qayıtmağı hədəfləmədiyini təsdiqləyib.

"Rusiya müasir iqtisadi reallıqlara daha yaxşı cavab verən G20-nin işinin səmərəliliyindən razıdır", — deyə Peskov bildirib.

Bunu G7-də də etiraf ediblər. Vladimir Putinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş dövlətin Sammitini təşkil etmək təşəbbüsü də az maraq doğurmayıb.

"Beynəlxalq məsələlərdə dünyanın aparıcı ölkələrinin, rəsmi dövlətlərin daim diqqətini tələb edən qeyri-müəyyənliklər olduqca çoxdur. Buna görə də, mənim fikrimcə, belə bir görüş vaxtında tələb olunur və faydalı olardı", — deyə Rusiya prezidenti öz ideyasını şərh edib.

Кремль, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Ankarayla Moskvanın bu qərarı ABŞ-ı hiddətləndirəcək - NATO üçün yeni başağrısı

"Beşlər sammiti"nin formatı və gündəliyi haqqında uzun müzakirələrdən qaçmaq mümkün olub. ABŞ, Fransa, Çin, Böyük Britaniya Rusiyanın təklifini dəstəkləyib və razılaşıblar ki, onların danışmağa sözü var.

Əvvəlcə "Beşlər sammiti" sentyabr ayına planlaşdırıldı. Pandemiyaya görə videokonfrans variantı istisna edilmir. İndi müzakirə üçün mövzuların dairəsini müəyyən edirlər. Məlumdur ki, münaqişə bölgələrindəki vəziyyət, strateji silahlara nəzarət və terrorizmə qarşı birgə mübarizə diqqət mərkəzində olacaq.

Rusiyaya praqmatik baxış

Corc Marşall adına Təhlükəsizlik məsələlərinin öyrənilməsi üzrə Avropa Mərkəzinin mütəxəssisi Pal Dunay RİA Novosti ilə söhbətində tələsik nəticələr barədə xəbərdarlıq edib. Rusiyanın G7-də iştirakı da daxil olmaqla, bir çox beynəlxalq məsələlər üzrə hazırkı Amerika-Almaniya ziddiyyətlərini "söz müharibəsi" adlandırıb.

"Berlin Vaşinqtonla ictimai qovğalardan qaçmağa çalışır. Alman isteblişmenti anlayır ki, Trampın bütün əməlləri indi Amerika seçkiqabağı kampaniyasına hesablanıb. ABŞ prezidenti NATO-dakı müttəfiqlərə qarşı qətiyyət nümayiş etdirməyə çalışır. Amma əsas məsələlər — istər "Şimal Axını-2" olsun, istər Amerika hərbçilərinin Almaniyada olması, istərsə də, Rusiya ilə qarşılıqlı fəaliyyət — AFR hökuməti öz mövqeyini dəqiq şəkildə ortaya qoyur", - deyə Dunay bildirir.

Ekspert qarşıdakı G7 sammiti ətrafında spekulyasiyaları uydurma hesab edir. O, "Yeddilik" də demək olar ki, hər kəsin dəfələrlə etiraf etdiyinə diqqət çəkir: qlobal problemləri Çin, Hindistan, CAR, Braziliya kimi regional fövqəldövlətlər olmadan həll etməyə çalışmaq mənasızdır. Dunay vurğulayır ki, Aİ-də bir sıra Yaxın Şərq münaqişələrinin həllində Rusiyanın mühüm rolunu da dərk edirlər.

Военные учения НАТО, фото из архива - Sputnik Azərbaycan
Dostluq ayrı, iş ayrı - NATO Rusiya-Ukrayna müharibəsinə qarışmayacaq

"Avropa Rusiyaya praqmatik baxır, Amerika haqqında isə bunu deyə bilməzsən. Trampın G7 zirvəsinə Putinin dəvət edilməsi ritorikası populist gedişdən başqa bir şey deyil. Almaniyanı isə Moskva ilə ən azı enerji birləşdirir. Bu məqamda Berlinin mövqeyi tam aydındır: Vaşinqtonun təzyiqlərinə baxmayaraq, almanlar "Şimal Axını-2"dən imtina etməyəcək. Hətta onu gecikmə ilə başa çatdırsalar belə", - Dunay bildirib.

Rusiya beynəlxalq məsələlər Şurasının baş direktoru Andrey Kortunov hesab edir ki, G7 hazırda ən yaxşı formada deyil, Rusiya isə yeganə "şər alması" deyil.

"Yeddilər qrupu" daim özünü "İyirmilər qrupu" (G20) ilə müqayisə etməyə məcburdur. Və bu, öz xeyrinə deyil. Lakin qarşıdan gələn sammitdə Moskvanın iştirakı ilə bağlı diskussiya hər halda maraqlıdır. Onu göstərir ki, Qərbdə Çinlə qarşıdurmanın qaçılmaz olduğunu dərk edirlər. Rusiyanın bu formata qayıtması onun Qərbə məxsus olduğunu təsdiq edə bilərdi. Bu o demək olardı ki, biz hələ də Şimali Atlantika sivilizasiyasının dəyərlərinə istiqamətlənmişik. Lakin Rusiya bu cür geosiyasi adaptasiyaya, çətin ki, gedə bilsin", - deyə Kortunov vurğulayır.

Ekspertlər yekdil fikirdədirlər ki, daxili yenidənqurma və məqsədlərin dərk edilməsi mərhələsi G8-in dirçəlişi üçün ən yaxşı vaxt deyil. "Beşlər sammiti" daha perspektivlidir. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri diskussiyalarda heç də həmişə bir-birini eşitmirlər. Dövlət başçılarının şəxsi görüşünün vəziyyəti dəyişəcəyi istisna edilmir.

Xəbər lenti
0