Koronavirusun daha təhlükəli və aqressiv forması yayılmağa başlayıb

© AFP 2023 / CRISTINA VEGA RHORЗахоронение человека скончавшийся от COVİD-19, фото из архива
Захоронение человека скончавшийся от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vyetnamda aşkar edilmiş koronavirusun yeni, daha təhlükəli və aqressiv növü ilə yoluxmuş xəstələrin sayı təxminən üç dəfə artıb.

BAKI, 27 iyul — Sputnik. Vyetnamda aşkar edilmiş koronavirusun yeni, daha təhlükəli və aqressiv növü ilə yoluxmuş xəstələrin sayı təxminən üç dəfə artıb. Belə xəstələrin sayı 11-ə çatıb, əvvəl 4 olduğu bildirilirdi.

Генеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива - Sputnik Azərbaycan
ÜST-ün rəhbərindən bədbin xəbər: "Koronavirus pandemiyası sürətlənib"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

İyulun 27-dən əvvəl yeni bir virus növü məlum olub: onda dörd yoluxmuş şəxs haqqında danışılırdı, onlardan ikisi reanimasiya şöbəsində idi. Araşdırmalara görə, bu virus sürətlə yayılır və ağır vəziyyətə keçid daha tez baş verir.

Johns Hopkins Universiteti layihəsinin son məlumatlarına görə, Vyetnamda 431 koronavirusa yoluxma hadisəsi qeydə alınıb. Ölkə hakimiyyəti 430 mindən çox test keçirib və 12 min insan karantinə yerləşdirib. İyulun 27-də səhərə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 16,2 milyonu ötüb. Pandemiya 188 ölkəni bürüyeb.

COVİD-19 adını almış yeni tip koronavirus infeksiyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. 2020-ci ilin 11 martında Ümumdünya Səhiyyə Təşkilatı infeksiyanın pandemiya kimi xarakterizə oluna biləcəyini açıqlayıb.

Xəbər lenti
0