ÜST-ün rəhbərindən bədbin xəbər: "Koronavirus pandemiyası sürətlənib"

© AFP 2023 / FABRICE COFFRINIГенеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива
Генеральный директор Всемирной организации здравоохранения Тедрос Аданом Гебреисус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tedros Qebreyesusun sözlərinə görə, yaxın vaxtlarda təşkilat növbəti tövsiyələrini hazırlamaq üçün fövqəladə komitəni toplayacaq.

BAKI, 27 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Qebreyesus bəyan edib ki, koronavirus pandemiyası sürətlənib. Sputnik Azərbaycan xəbər verir ki, bunu ÜST rəhbəri bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Силуэт человека за стеклянными блоками - Sputnik Azərbaycan
YAZARLAR
Koronavirusdan daha təhlükəli: Qəzəb, aqressiya və gərginlik...

O qeyd edib ki, son 6 ay ərzində yoluxma halları iki dəfə artıb: "ÜST-ə təxminən 16 milyon yoluxma və 640 mindən çox ölüm faktı ilə bağlı məlumat daxil olub. Pandemiya sürətlənməyə davam edir".

Tedros Qebreyesusun sözlərinə görə, yaxın vaxtlarda təşkilat növbəti tövsiyələrini hazırlamaq üçün fövqəladə komitəni toplayacaq.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,2 milyonu keçib, 648 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0