DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Gürcüstan təkzib etdi: Ermənistana 300 hərbi texnikanın keçməsi xəbəri yalandır

© Sputnik / Alexander Imedashvili Вид на Тбилиси, фото из архива
Вид на Тбилиси, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.

BAKI, 26 iyul – Sputnik. Rusiyanın 300 ədəd hərbi texnikanı Gürcüstan ərazisindən keçməklə Ermənistana göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir. Bu, hansısa siyasi partiyanın nəzarətində olan KİV-lərin ucuz təbliğatından başqa bir şey deyil.

Elxan Şahinoğlu - Sputnik Azərbaycan
Ekspert Xarici işlər nazirlərinin Tbilisi görüşünü şərh edir

Sputnik Azərbaycan xəbər verir ki, bu bəyanatla Gürcüstan Baş Nazirinin müşaviri İrakli Çikovani çıxış edib. O, təəssüf hissi ilə deyib ki, bəzi KİV-lərin öz havadarlarının maraqlarına uyğun yalan materiallar yayması ilk hadisə deyil. Lakin bunun heç bir mənası yoxdur.

“Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır. Qafqazda sülhə alternativ yoxdur və bizim mövqeyimiz dəyişməyib”, - deyə Çikovani vurğulayıb. Onun sözlərinə görə, Gürcüstanın mövqeyi bütün tərəfdaş ölkələrə bəllidir. Gürcüstanın öz tərəfdaşları ilə bağlı mövqeyi dəyişməzdir.

Ötən gün Gürcüstanın müxalif “Mtavari arxi” telekanalında Rusiyanın Ermənistana 300 hərbi avtomobilin Gürcüstan ərazisi ilə daşınmasına hazırlaşdığı barədə süjet yayımlanıb.

Süjetdə iddia olunub ki, Gürcüstanda qeydiyyatda olan yükdaşıma şirkətlərindən biri bununla bağlı təklif alıb.

Xəbər lenti
0