Gürcüstanda koronavirus xəstələrinin sayı artır: Qardabanidə kütləvi yoluxma var

© AFP 2023 / LUIS ROBAYOТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qardabani rayonunda koronavirusa yoluxanların sayı 46-ya çatıb. Yoluxma hallarının 28-i Qaracalar kəndində qeydə alınıb.

BAKI, 26 iyul – Sputnik. Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) daha 14 yoluxma halı qeydə alınıb.  

Пробирки с тестом на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
SƏHİYYƏ
“Bağışlayın, səhv olub..!” TƏBİB koronavirus testi ilə bağlı məlumat yaydı

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1131 nəfərə çatıb.

Yoluxanlar əsasən Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda yaşayırlar. Burada koronavirusa yoluxanların sayı 46-ya çatıb. Yoluxma hallarının 28-i Qaracalar kəndində qeydə alınıb.

COVID-19 diaqnozu qoyulan şəxslərdən biri yeniyetmədir. Qaracalar kəndinə giriş-çıxış iyulun 24-dən bağlanıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6183 nəfər karantində saxlanılır, 302 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 920 nəfərin sağaldığı, 16 nəfərin vəfat etdiyi bildirilir.

Xəbər lenti
0