Koronavirus onlara indi çatdi: Bütöv bir şəhər sərt şəkildə bağlandı

© REUTERS / Adnan AbidiТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yoluxma hadisəsi ilə bağlı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu fövqəladə iclası çağırılıb. Vəziyyətin müzakirəsi üçün keçirilən iclasda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da iştirak edib.

BAKI, 26 iyul – Sputnik. Dünyanın daha bir ölkəsində koronavirusa ilk yoluxma qeydə alınıb.

Сотрудник лаборатории, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Səhiyyə Nazirliyi koronavirus peyvəndini buraxmağa hazırlaşır

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu, Koreya Xalq Demokratik Respublikasıdır (KXDR). 

Ölkənin xəbər agentliyi KXDR-də koronavirusa ilk yoluxma barədə xəbər yayıb. Qeyd edilir ki, təhlükəli virusun aşkarlandığı şəxs Şimali Koreyaya iyulun 19-da qanunsuz yolla gəlib. 

Koreya Xalq Demokratik Respublikasının Epidemiya ilə mübarizə üzrə Təşkilatı bildirib ki, KXDR-ə qayıtmış şəxsin koronavirus analizlərinin nəticələri qeyri-müəyyəndir. Onunla bağlı sərt karantin qaydaları tətbiq edilib. Hazırda hakimiyyət orqanları virusa yoluxduğu şübhə edilən bu şəxsin əlaqədə olduğu adamları müəyyənləşdirir.

Yoluxma hadisəsi ilə bağlı Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu fövqəladə iclası çağırılıb. Virusa yoluxmanın aşkarlandığı Keson şəhərində vəziyyətin müzakirəsi üçün keçirilən iclasda Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen In da iştirak edib.

Şimali Koreya lideri şəhərdə fövqəladə vəziyyət rejimini tətbiq edib. İclasda "milli fövqəladə karantin sistemindən" "maksimal fövqəladə sistem"ə keçid barədə qərar qəbul edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən il Çinin Uhan şəhərində aşkarlanıb.  

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkədə ilk koronavirusa yoluxma halının aşkarlanmasından sonra önləyici tədbir kimi Keson şəhərini bağlamağı və onun rayonlarını bir-birindən təcrid etməyi qərara alıb.

Xəbər lenti
0