02:13 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
78 0 0

Sağlamlığın qorunması üçün gündə 5 dəfə az-az qidalanmaq lazımdır. Əgər bu mümkün deyilsə, gündə 3 dəfə qidalanmağa çalışın

BAKI, 24 iyul — Sputnik. İnsan sağlamlığını qorumaq üçün fraksional qidalanmaya əməl etməlidir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Federal Qidalanma, Biotexnologiya və Qida Təhlükəsizliyi Tədqiqat Mərkəzinin rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Viktor Tutelian danışıb.

"Sağlamlığın qorunması üçün gündə 5 dəfə az-az qidalanmaq lazımdır. Əgər bu mümkün deyilsə, gündə 3 dəfə qidalanmağa çalışın. Sonuncu qida qəbulu yatmamışdan ən azı 3 saat əvvəl olmalıdır", - deyən həkim qeyd edib ki, bundan başqa insan çalışmalıdır ki, artıq heç nə yeməsin.

Mütəxəssis həmçinin qeyd edib ki, Rusiyada əhalinin 60 faizi artıq çəkidən, 25 faizi isə piylənmədən əziyyət çəkir.

Əsas mövzular