00:42 31 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
135310

ABŞ-da reklam etməyi və satmağı yüksək aviasiya texnologiyaları sahəsində liderlik etməkdən daha yaxşı bacarırlar. Pentaqonun mütəxəssislərinin fikrincə, sübut kimi beşinci nəslin meyarlarına uyğun gəlməyən ABŞ-ın çoxməqsədli F-35 qırıcı-bombardmançısını göstərmək olar

Aleksandr Xrolenko, hərbi icmalçı

BAKI, 24 iyul — Sputnik. "Lockheed Martin"-in nümayəndələri bazar ertəsi mətbuat konfransında F-35-ləri altıncı nəsil qırıcıya çevirmək niyyətindən danışıblar. 

Самоходный миномёт артиллерии 2С4 Тюльпан
© Sputnik / Валерий Мельников
Qeyd edək ki, F-35 "Lightning II" layihəsində beşinci nəsil parametrlər əldə edilməyib və texnoloji irəliləyiş alınmayıb. İş ondadır ki, avropalılar fəal olaraq özlərinin (ABŞ-dan asılı olmayan) iki altıncı nəsil qırıcılarına lobbiçilik edirlər, "Lockheed Martin" isə müttəfiqlərin təşəbbüsünün qarşısını almağa çalışır – 2020-2030-cu illərdəki modernləşmədən sonra guya altıncı nəsil olacaq F-35-in “yoxlanılmış variantını” onlara qarşı qoyur və sırımaq istəyir.

Amerikalıların fəal surətdə F-35 "Lightning II" təyyarəsini avropalı və digər müttəfiqlərinə satmaq cəhdi (orta hesabla bir ədədi 100 milyon dollara) tamamilə izaholunandır. Bu təyyarənin yaradılması proqramı təxminən 1,3 milyon dollar olub, sərmayələr gəlir gətirməlidir. "Lockheed" şirkəti dünyanın 9 ölkəsinə 500-dən artıq F-35 tədarük edib. Hər il 100-dən artıq belə təyyarə istehsal olunur. F-35-in müxtəlif modifikasiyaları seriya şəklində 2011-ci ildən buraxılır. ABŞ-da bu maşına əvvəldən böyük ümidlər bəsləyirdilər, lakin praktiki istismar mütəxəssislərin ümidlərini boşa çıxarır. Son iki ayda amerikalıların yeddi qırıcısı qəzaya uğrayıb, onların içərisində iki F-35A da var. Bu gün bu təyyarənin aradan qaldırılmayacaq beş çatışmazlığı var. Faktlar göstərir ki, F-35 "Lightning II" dördüncü nəsil səsəqədərki qırıcıdır. 1 Maxdan yuxarı sürətlərdə isə bir dəqiqədən sonra korpusun istilənmədən məhv olma təhlükəsi yaranır. 1,6 Maxdan sonra təyyarənin quyruğu qopub düşə bilər. 5-ci nəsil qırıcısınının daimi (kreyser) sürəti 1,4 Maxdan aşağı ola bilməz, deməli, texnoloji irəliləyiş alınmayıb. Faktiki olaraq F-35 4-cü nəsil təyyarəsi olaraq qalıb və termonüvə bombaları onun üçün daşınmaz yük ola bilərlər.

Əslində maşının reputasiyası birdəfəlik korlanıb, lakin istismar prosesində yeni gözlənilməz xüsusiyyətlər üzə çıxır.  F-35A qırıcılarına 40 km-dən yaxın şimşək buludlarına yaxınlaşmaq qadağan olunub. Məlum olub ki, inert qazın generasiyası sisteminin (OBIGGS) konstruktiv xüsusiyyətləri havada qırıcının yanacaq çənlərinin partlayışına səbəb ola bilər. 

Maraqlıdır ki, OBIGGS sistemi daha əvvəl də tənqidlərə tuş gəlmişdi və artıq 2014-cü ildə modernləşdirilmişdi (partlayış təhlükəsi aradan qaldırılmayıb).

"Lockheed Martin"-dən vədlər

Mütəxəssislərin fikrincə, beşinci nəsil qırıcısı olan F-35-in əsas nöqsanlarının sayını ötən il ərzində 5-dək endirmək mümkün olub, lakin bu dənəsi 100 milyon dollar olan maşın üçün yenə də çoxdur. Yeni F-35 "Lightning II" təyyarəsinin fəlakətlər seriyası belə bir ehtimal irəli sürməyə imkan verir ki, hətta təyyarənin dinc şəraitdə istismarı zamanı digər xoşagəlməz (təhlükəli) sürprizlərlə qarşılaşmaq mümkündür.

"Lockheed"-in vitse-prezidenti Qreq Uilmer bəyan edib ki, "Tech Refresh 3" yeinlənmə paketində yeni inteqrə olunmuş artırılmış hesablayıcı gücü olan prosessor, kabinə üçün kabinə displeyi və genişləndirilmiş yaddaş bloku daxildir. Bu seriyadan olan təyyarələr 2023-cü ildə konveyerdən çıxacaq. İstehsalçı şirkət "Lockheed Martin" isə F-35 təyyarəsinin proqram təminatının yenilənməsi problemini yalnız 2020-ci ilin sonuna qədər həll etməyə ümid edir. Lakin bütün bunlar F-35-in müttəfiq ölkələr – Avstraliya, Böyük Britaniya, Norveç, İsrail, İtaliya, Yaponiya və digər ölkələr tərəfindən istehsalına və fəal satışına mane olmur.

"Lockheed Martin" şirkətinin məhsulunun irəliləməsinə mane olan amillər var. Belə ki, Birləşmiş Ştatlarla tərəfdaşlıq edən bir neçə ölkə "casus" proqram təminatı ilə əlaqədar olaraq F-35-in birgə istehsal proqramından çıxacaqlarını deyiblər. Problem təyyarəyə sahib olan ölkənin istəyindən asılı olmayaraq, dünyanın hər hansı bir yerində F-35 təyyarəsinin bütün yerdəyişmələrini, manevrlərini, missiyalarını izləyən "ALIS" informasiya sistemindədir. Sistem guya istifadəçinin xeyrinə texniki vəziyyəti və logistikanı analiz edir. ABŞ-ın bəzi tərəfdaşlarını narahat edən odur ki, "ALIS" uçuşlar barədə məlumatları Pentaqona ötürür. Bu problemin "ALIS" sisteminin daha mükəmməl versiyasında (3.6) aradan qaldırılacağı gözlənilir.

Gələcəyin qırıcısında uçus radiusunun 40%-dən çox artıracaq xarici yanacaq çənləri olmalıdır (havada yanacaq doldurmaq daha sadədir). 2030-cu il üçün F-35 qırıcıları guya altı ədəd təkmilləşmiş ortamənzilli AIM-260 və ta Paytheon AIM-120 “hava-hava” raketini daşıya və böyük mənzilli raketlərlə dəniz hədəflərinə zərbə endirə biləcəklər. Yəqin ki, altı ildən sonra bununla heç kimi təəccübləndirmək omaz, ABŞ-ın bütün ehtimal olunan düşmənlərinin gəmilərində qüdrətli HƏM sistemləri və hipersəs silahı olacaq.

Aydındır ki, müttəfiqlər və rəqiblər də yerlərində dayanmayacaqlar və 10 ildən sonra da Pentaqona yaxınlığı ilə seçilən Defense News nəşri lazımınca təkmilləşməmiş F-35 qırıcılarını tənqid atəşinə tutmaqda davam edəcək. İstənilən halda, genişmiqyaslı modernləşmə artıq həll olunmuş məsələdir. ABŞ Konqresinə təyyarənin yenilənmə siyahısı təqdim olunub və HSK-nin lobbiçiləri bu nöqtədə dayanmayacaqlar.

Onilliyin perspektivləri

“Beşinci nəsil” F-35 "Lightning II"-nin bütün bahalı uğursuzluqlarından sonra ABŞ Konqresi 2021-ci maliyyə ilində altıncı nəsil qırıcı yaratmaq proqramının maliyyəsini 85% azaltmaq niyyətini ifadə edib. Bu şəraitdə “onillik modernmləşmə” şirkətin uğurlu gedişi hesab edilə bilər.

F-35-in optimistik modernləşmə ssenarisi müdafiəyə qlobal xərclərin artmasını və satışların 4000 F-35 təyyarəsindək artmasını ehtiva edir. Neytral ssenariyə görə, 2040-ci ilədək müdafiə xərcləri əvvəlki səviyyədə qalacaq, bu isə modernləşmə proqramını ləngidəcək, lakin satışlara təsir etməyəcək. Neqativ ssenari hərbi xərclərin uzunmüddətli azaldılması ilə bağlıdır və modernləşmənin dayanmasını və 2020-2030-cu ildə tədarüklərin azalmasını vəd edir. Bu sxemlər kifayət qədər şərtidir və texnoloji inkişaf və digər dövlətlərin yenidən silahlanması da daxil olmaqla xarici amillərin çoxunu nəzərə almır. F-35 proqramının həyata keçirilməsi təcrübəsi göstərir ki, böyük maliyyə sərmayələr heç də həmişə texnoloji inkişafla korrelyasiya edilmir.

Kinjal hipersəsli raketini daşıyan MiQ-31k qırıcısı
© Sputnik / Anton Denisov

Belə təəssürat yaranır ki, ABŞ hərbi təyyarə istehsalı sahəsində öz texnoloji imkanlarını həddindən artıq qiymətləndirir. Bir qədər əvvəl F-22 "Raptor" beşinci nəsil qırıcı təyyarənin yaradılması uğursuz nəticələnib (etibarsız radiouducu örtük, birmetrlik diapazonlu radarlarda görünmə, kiçik fəaliyyət radiusu (750 km)). Təyyarənin qiyməti də həddindən artıq əlverişsizdir – 350 milyon dollar. Nəticədə, Pentaqon yalnız 187 ədəd F-22 alıb (planda 384 ədəd idi). F-35 "Lightning II" təyyarəsinin bir mühərrik hesabına ucuzlaşdırılması (iki mühərrik əvəzinə) onun sürətini, döyüş yükünü, yük qaldırma və manevr qabiliyyətini azaldıb. Bu isə onun analoqları ilə müqayisədə xüsusilə nəzərə çarpır.

Ola bilsin ki, texnoloji uğur bu təyyarələrin məqsədi deyil, çünki aşkar qüsurlara və baha qiymətə baxmayaraq, 500 qırıcı 9 ölkəyə satılıb. Əgər xammal şəklindəki qırıcıları satma bacarığı gəlir gətirirsə, yüksək texnologiyalar əsas deyil, hay-küylə təqdim olunan xarakteristika, sonsuz modernləşmə, “şəbəkə mərkəzli döyüş əməliyyatlarına” hazırlıq yalnız marketinqə və “Ulduz müharibələri” və “Maşınların qiyamı” üslubundakı məhsulun reklamına xidmət edir. "Lockheed Martin" 2024-cü il üçün hər il 180 ədəd F-35 "Lightning II" qırıcısı istehsal etməyə söz verib.

Əsas mövzular