Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Trampdan koronavirusa dair bədbin proqnoz

© REUTERS / Tasos KatopodisПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
"Bizim ölkənin bəzi hissələrində vəziyyət çox yaxşıdır, başqa yerlərdə çox pis. Təəssüf, ehtimal ki, bu yaxşılaşmağa başlamazdan əvvəl pisləşəcək".

BAKI, 22 iyul - Sputnik. Birləşmiş Ştatlarda koronavirusun yayılması ətrafında vəziyyət daha da pisləşə bilər.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlər üçün brifinqdə çərşənbə axşamı etiraf edib.

"Bizim ölkənin bəzi hissələrində vəziyyət çox yaxşıdır, başqa yerlərdə çox pis. Təəssüf, ehtimal ki, bu yaxşılaşmağa başlamazdan əvvəl pisləşəcək. Mənim belə danışmaq xoşuma gəlmir, amma reallıq budur. Bizdə belədir. Bütovlükdə dünyaya baxın və bu bütün dünyada belədir ", - ABŞ-da pandemiya ilə mübarizənin gedişini şərh edən ölkə lideri deyib.

Qeyd edək ki, ABŞ dünyada koronavirusun ən çox yayıldığı ölkədir. Birləşmiş Ştatlar habelə koronavirus qurbanlarının sayına görə dünyada birincidir. 

Xəbər lenti
0