16:36 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Azərbaycan və Ermənistan arasında müharibə (791)
148820

Samadaşvili yaranmış vəziyyətdə Gürcüstanın hazırkı hakimiyyətini ittiham edib: “Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı beynəlxalq öhdəliyimiz var”

BAKI, 20 iyul – Sputnik. Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla xəbərinə görə, S. Samadaşvili bildirib ki, Rusiyadan və Serbiyadan Ermənistana Gürcüstan ərazisi ilə hərbi sursatların daşınması Gürcüstanın beynəlxalq öhdəliklərini pozması anlamına gəlir və bu faktlar təsdiqlənərsə, qonşu və strateji tərəfdaş olan Azərbaycanla münasibətlər son dərəcə zədələnə bilər.

S. Samadaşvili yaranmış vəziyyətdə Gürcüstanın hazırkı hakimiyyətini ittiham edib: “Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının üzvü, vitse-spiker Gia Volski Azərbaycan mətbuatının Ermənistana silah-sursatın ölkə üzərindən çatdırılmasına dair yaydığı məlumatlara münasibət bildirib. “Report” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında həmin informasiyaları şayiə adlandırıb.

“Bu məlumatlar rəsmi deyil, bir konkret media tərəfindən yayılan şayiədir. Gürcüstanda da bu şayiəni təkrarlamağa sevinən KİV-lər var”, - o qeyd edib.

Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə (791)

Əsas mövzular