Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Afrikada koronavirusa yoluxanların sayı 700 min nəfəri keçib

© AFP 2023 / RODRIGO BUENDIAПробирка с тестом на коронавирус, фото из архива
Пробирка с тестом на коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Afrika İttifaqı bildirib ki, COVID-19 pandemiyası ilə mübarizə və pandemiyanın ağır sosial-iqtisadi fəsadlarını aradan qaldırmaq üçün qitə ölkələrinin ən azı 100 milyard dollar əlavə vəsaitə ehtiyacı var.

BAKI, 19 iyul - Sputnik. Afrika ölkələrində COVID-19-a yoluxanların sayı artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son məlumatına görə, qitədə artıq 705 min nəfərdən çox yeni növ koronavirusa yoluxma qeydə alınıb, 15 min pasiyent isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, ən çox yoluxma Cənubi Afrikada Respublikasında (CAR) və Misirdə qeydə alınıb. CAR-da indiyədək 250 min, Misirdə isə 86 min 500 nəfər COVID-19-a yoluxub. Yoluxma hallarının yüksək olduğu Qanada isə 2 mindən çox səhiyyə işçisinin koronavirus testi müsbət çıxıb. ÜST-nin məlumatında qeyd edilir ki, son 45 gün ərzində Afrikanın 22 ölkəsində COVID-19-a yoluxma halları iki dəfədən çox artıb. Əlcəzair, Qana və Nigeriyada vəziyyət daha ağırdır.

Afrika İttifaqı bildirib ki, COVID-19 pandemiyası ilə mübarizə və pandemiyanın ağır sosial-iqtisadi fəsadlarını aradan qaldırmaq üçün qitə ölkələrinin ən azı 100 milyard dollar əlavə vəsaitə ehtiyacı var.

Xəbər lenti
0