13:09 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
607 0 0

Uest Twitter-də paylaşım edib və fanatlarından onun adının prezident seçkilərində bülletenlərə daxil olunması üçün imza atmağı xahiş edib.

BAKI, 19 iyul — Sputnik. ABŞ prezidentliyinə müstəqil namizəd kimi qeydiyyatdan keçən reper Kanye Uest bu gün Cənubi Karolinada seçki kampaniyasının ilk tədbirini keçirəcək. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Uest özünün Twitter hesabında şənbə günü paylaşım edib və fanatlarından onun adının prezident seçkilərində bülletenlərə daxil olunması üçün imza atmağı xahiş edib.

Ənənəvi olaraq ABŞ prezidentliyinə ən real namizədlər Respublikaçılar və Demokratlar partiyalarının nümayəndələridir. Bu dəfə həmin namizədlər Donald Tramp və Cozef Baydendir. ABŞ tarixində çox az hallarda üçüncü partiyanın namizədləri və yaxud müstəqil namizədlər əhəmiyyətli dərəcədə səs yığa biliblər. Sonuncu dəfə buna 1992-ci ildə prezidentliyə namizədliyini irəli sürəırək 19% səs toplaya bilmiş biznesmen Ross Pero nail olub. Lakin Pero heç bir ştatda qələbə qazanmayıb və ona görə də ikimərhələli səsvermə sistemində prezidenti seçənlərin bir səsini belə almayıb.

Kanye Uest 2014-cü ildən erməni əsilli model Kim Kardaşyanın həyat yoldaşıdır.

Əsas mövzular