Amerikanın qəhrəmanı və hüquq müdafiə hərəkatının titanı öldü

© © Pablo Martinez Monsivais-Pool / Getty Images / AFPCon Lyuis, arxiv şəkli
Con Lyuis, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
 ABŞ Konqresi Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü, qaradərili əhalinin hüquqları uğrunda tanınmış mübariz Con Lyuis vəfat edib.

BAKI, 18 iyul – Sputnik. ABŞ Konqresi Nümayəndələr Palatasının Corciya ştatından olan üzvü, qaradərili əhalinin hüquqları uğrunda tanınmış mübariz Con Lyuis 80 yaşında vəfat edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə CNN-ə Palatanın spikeri Nensi Pelosi bildirib.

Демонстрант с плакатом Black Lives Matter в Сиэтле - Sputnik Azərbaycan
Qaradərili fəalların lideri "ABŞ-ı yandırmaqla" hədələdi

"Bu gün Amerika öz tarixinin ən böyük qəhrəmanlarından birinin itkisinə ağlayır. O, Konqresin vicdanı idi", - Pelosinin yaydığı məlumatda bildirilir.

2019-cu ilin dekabrında siyasətçiyə mədəaltı vəzi xərçənginin son mərhələdə olduğu barədə diaqnoz qoyulub. Lakin o, Konqresdə öz dairəsinin təmsilçiliyini davam etdirməyi vəd edib.

2010-cu ildə o zamankı prezident Barak Obama Lyuisə Azadlıq medalını təqdim edib. Ağ Evin məlumatında o, Amerikanın qəhrəmanı və hüquq müdafiə hərəkatının titanı adlandırılıb.

Lyuis, Vətəndaş Hüquqları Hərəkatının lideri kimi qaradərili əhalinin haqları uğrunda ən görkəmli döyüşçülərdən biri hesab edilirdi. O, 1963-cü ildə Martin Lüter Kinqin Vaşinqtonda keçirdiyi məşhur marşın təşkilatçılarından biri olub. Lyuis Konqresə ilk dəfə 1987-ci ildə seçilib və o vaxtdan etibarən 17 dəfə ardıcıl olaraq bu seçkili vəzifəni tutub.

Xəbər lenti
0