Dünya dəhşətdə: Yoluxan sayı 14 milyonu, ölü sayı 600 mini keçdi

© REUTERS / NACHO DOCEСитуация в связи с эпидемиологической обстановкой в Испании, фото из архива
Ситуация в связи с эпидемиологической обстановкой в Испании, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Yoluxma sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 647 min 715 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə ilk yerdə olan Rusiyada 758 001 yoluxma qeydə alınıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 18 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 14 107 052-a çatıb. Bu barədə Sputnik Azərbaycan Con Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 602 657 nəfər vəfat edib, 7 894 890 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 3 milyon 647 min 715 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 758 001 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0