Bəxtə bax, bəxtə! 15 il əvvəl gördüyü yuxu qadını varlandırdı

© AFP 2023 / CHRISTOPHE ARCHAMBAULT Lotereya, arxiv şəkli
Lotereya, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu illər ərzində yuxusunda gördüyü rəqəmlər ona kiçik miqdarda pul gətirib. Qadın növbəti dəfə bu rəqəmləri iyulun 6-da aldığı lotereya biletinə yazıb.

BAKI, 14 iyul — Sputnik. Avstraliyanın Redlands şəhərinin (Kuinsland ştatı) sakini 15 il əvvəl yuxusunda gördüyü rəqəmlər sayəsində lotereya cekpotunu udub.

Sputnik Azərbaycan "Drew Reports News" nəşrinə istinadən xəbər verir ki, avstraliyalı qadın 2005-ci ildə yuxusunda gördüyü rəqəmlərin ardıcıllığını lotereya oynarkən istifadə edib.

"Mən onların bir-birinin ardınca necə peyda olduğunu gördüm və o vaxtdan etibarən onları lotereya biletlərinə eyni qaydada yazıram", - o bildirib.

Bu illər ərzində yuxusunda gördüyü rəqəmlər ona kiçik miqdarda pul gətirib. Qadın növbəti dəfə bu rəqəmləri iyulun 6-da aldığı lotereya biletinə yazıb. Nəticədə o, 700 min Avstraliya dolları (826 min manat) qazanıb.

"Mən həmişə ailəmə kömək etmək istəmişəm və indi bunu edə bilərəm. Təqaüdə planlaşdırdığımdan əvvəl çıxacağam", - o qeyd edib.

Xəbər lenti
0