20:08 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
40821

Ukrayna tərəfinin münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll olunması barədə bəyanatı Ermənistanın xoşuna gəlməyib.

BAKI, 14 iyul — Sputnik. Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatla bağlı Ermənistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Sputnik Ermənistan xəbər verir.

Məlumata əsasən, Ukrayna səfiri Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan tərəfindən qəbul edilib. Nazir müavini səfirə Ukrayna XİN-in Ermənistan – Azərbaycan sərhədində gərginlik barədə bəyanatına Ermənistan XİN-in qiymətləndirilməsini təqdim edib.

Qeyd edək ki, Ukrayna Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 12-də mövqeləri ələ keçirmək məqsədilə açılan artilleriya atəşlərindən dərin narahatlığını ifadə edən bəyanat yayıb: "Münaqişə tərəflərini vəziyyətin deeskalasiyası və münaqişənin həlli yollarını hamının qəbul etdiyi prinsiplər və beynəlxalq hüquq normaları, o cümlədən 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 sayı qətnamələri əsasında axtarışın davam etməsi üçün maksimal səy göstərməyə çağırırıq.

Ukrayna tərəfi münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında siyasi yolla həll olunmasının tərəfdarıdır".

Əsas mövzular