07:07 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (525)
21 0 0

Li-Men Yan açıqlayıb ki, əvvəllər açıq şəkildə virusu müzakirə edən həkimlər və tədqiqatçılar birdən-birə susublar.

BAKI, 13 iyul — Sputnik. ABŞ-a qaçan honkonqlu virusoloq doktor Li-Men Yan "Fox News" telekanalına verdiyi müsahibədə Çin hakimiyyətinin koronavirusun təhlükəsi ilə bağlı həqiqəti gizlətməsindən danışıb.

Sputnik Azərbaycan xəbər verir ki, virusoloq Çin hakimiyyətinin koronavirus haqqında bəyanat verməmişdən xeyli əvvəl xəstəlik barədə xəbərdar olduğunu deyib. O, həmçinin bildirib ki, bu sahədə aparıcı ekspertlər kimi tanınan rəhbərləri pandemiyanın başlanğıcında onun apardığı araşdırmalara məhəl qoymayıblar. Onun fikrincə, bu araşdırmalar insan həyatlarını xilas edə bilərdi.

Qadının sözlərinə görə, o, elmi rəhbərinə etdiyi bəzi kəşflərdən danışıb, lakin "o, yalnız başını yellədib".

Li-Men Yan açıqlayıb ki, əvvəllər açıq şəkildə virusu müzakirə edən həkimlər və tədqiqatçılar birdən-birə susublar. Onun sözlərinə görə, həkimlər deyiblər: "Biz bu barədə danışa bilmərik, amma maska geyinmək lazımdır".

Bundan əlavə, virusoloqun işlədiyi Honkonq Universiteti keçmiş əməkdaşının səhifəsini öz saytından çıxarıb. Çin səfirliyində isə bu qadın haqqında heç nə eşitmədiklərini iddia ediblər və onun açıqladığı bütün məlumatları rədd ediblər.

Mayda "Associated Press" agentliyi Birləşmiş Ştatların Daxili Təhlükəsizlik Nazirliyinin sənədlərinə istinadən yazıb ki, Pekin xəstələrin müalicəsi üçün lazım olan dərman ehtiyyatını yığmaq məqsədilə pandemiyanın ciddiliyini qəsdən gizlədib.

Mövzu:
Dünyanı cənginə almış bəla (525)

Əsas mövzular