Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Suriyadakı aviabazasına hücum edilib

© Sputnik / Dmitriy Vinogradov / Mediabanka keçidВоеннослужащие РФ на базе "Хмеймим" в Сирии
Военнослужащие РФ на базе Хмеймим в Сирии - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın hava hücumundan müdafiə vasitələrinin atəşi ilə yaraqlıların iki pilotsuz uçan aparatı aviabazadan beş kilometr uzaqlıqda məhv edilib.

BAKI, 13 iyul — Sputnik. Yaraqlılar Rusiyanın Xmeymim aviabazasına pilotsuz təyyarələrlə hücum etməyə çalışıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Suriyada Müharibə Edən Tərəflərin Barışıq Mərkəzinin rəhbəri kontr-admiral Aleksandr Şerbitski bildirib.

"İyulun 11-i saat 22:30 radələrində Rusiyanın hava hücumundan müdafiə vasitələri Rusiyanın Xmeymim aviabazasının yerləşdiyi əraziyə şimal-şərq istiqamətindən yaxınlaşan pilotsuz uçan aparatları aşkar edib", - o bildirib.

Rusiyanın hava hücumundan müdafiə vasitələrinin atəşi ilə yaraqlıların iki pilotsuz uçan aparatı aviabazadan beş kilometr uzaqlıqda məhv edilib.

Şerbitski əlavə edib ki, heç kim xəsarət almayıb, maddi ziyan yoxdur. Aviabaza plana uyğun işləyir.

Kontr-admiral "Cəbhət ən-Nüsrə" terrorçu qruplaşmasının İdlibdə yaşayış məntəqəsini atəşə tutduğunu da deyib.

Xəbər lenti
0