İtalyanlar bu turistləri görmək istəmirlər

© AFP 2023 / VINCENZO PINTOБольшой канал у моста Риальто в Венеции во время карантина
Большой канал у моста Риальто в Венеции во время карантина - Sputnik Azərbaycan
Abunə olmaq
Maraqlıdır ki, rəyi soruşulan amerikalılardan yalnız 17%-i məzuniyyətlərini İtaliya, Fransa, İspaniya və Almaniyada keçirmək istəyib. İsveç və Böyük Britaniya isə 20% səs yığa bilib.

BAKI, 13 iyul — Sputnik. YouGov şirkəti italyanların bu il hansı ölkədən olan turistləri görmək istəmədikəri barədə sorğu keçirib.

Sputnik Azərbaycan-ın məlumatına görə, İtaliyada rəyi soruşulanların 61%-i bu yay ABŞ-dan olan turistləri öz ölkələrində görmək istəmədiyini deyib. İstənilməyən qonaqlar sırasında 57% göstərici ilə çinlilər ikinci, 44% göstərici ilə böyük britaniyalılar üçüncü sıradadırlar.  Araşdırmanın nəticələri TheLocal.it-də dərc olunub.

Analoji sorğular başqa ölkələrdə də keçirilib. Bəlli olub ki, oxşar tendensiyalar Fransa, İspaniya, Almaniya, Danimarka, Norveç və Finlandiyada da müşahidə olunur.

Hər bir ölkədə ABŞ-dan olan turistləri respondentlərin 61-79%-i görmək istəməyib. Çinliləri görmək istəməyənlərin sayı isə rəyi soruşulanların 57-77%-i olub.

Maraqlıdır ki, rəyi soruşulan amerikalılardan yalnız 17%-i məzuniyyətlərini İtaliya, Fransa, İspaniya və Almaniyada keçirmək istəyib. İsveç və Böyük Britaniya isə 20% səs yığa bilib.

İtalyanların yalnız 9%-i yaxın vaxtlarda ABŞ-a getməyə hazır olduğunu deyib. Çinə səfər etmək istəyənlərin sayı isə rəyi soruşulanların cəmi 6%-ni təşkil edib. İtalyanlar üçün ən cəlbedici ölkələr İspaniya (23%), Finlandiya (22%) və Norveç (20%) olub.

Xəbər lenti
0