14:43 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
3120

Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib

BAKI, 12 iyul — Sputnik. Almaniyada bu gün qəribə hadisə yaşanıb. Günün ikinci yarısında Oppenau şəhərində polis geniş əməliyyatına başlayıb.

Sputnik Azərbaycan Baden Online-a istinadən bildirir ki, 100-dən çox polis və bir neçə patrul maşını 31 yaşlı kişini axtarırlar. Üç polis helikopteri də axtarışa cəlb edilib.

Məlum olub ki, yerli vaxtla 9:30-da dörd polis nəfəri meşədəki daxmada ox-yayla silahlanmış adam görüb. O, əvvəlcə özünü adekvat aparırmış, sonra isə qəfildən tapança çıxararaq polislərə doğru yönəldib. Polislər qəfil hərəkətdən çaşıblar, kişi isə onların hamısının silahlarını alaraq meşəyə qaçıb.

​Mittelbadische Press nəşri yazıb ki, şübhəli şəxs meşədə yaşayır. Polisdən bildirilib ki, axtarılan 31 yaşlı İv Rauşun daimi yaşayış yeri yoxdur, əvvəllər isə qanunsuz silah saxladığına görə bir neçə dəfə polis bölməsinə gətirilib.

​Axtarışlarda istilik kamerasının da istifadə olunmasına rəğmən şübhəli hələ də tutulmayıb.

 

Əsas mövzular