19:56 11 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
Dünyanı cənginə almış bəla (410)
28 0 0

SARS-CoV-2-dən ən çox zərər çəkmiş ölkə Amerika Birləşmiş Ştatlarıdır. Orada yoluxmuş şəxslərin sayı 3,1 milyonu keçib

BAKI, 11 iyul — Sputnik. İyulun 11-i səhər saatlarına olan məlumata görə, dünyada koronavirusa yoluxmuş insanların ümumi sayı 12,4 milyonu, ölümlərin sayı isə 560 mini ötüb.

Sputnik Azərbaycan xəbər verir, bu barədə məlumatlar Cons Hopkins Universitetinin Koronavirus Resurs Mərkəzi layihəsinin saytında dərc olunub.

Layihənin məlumatına görə, dünyada 12466337 nəfər koronavirusa yoluxub. Gün ərzində yoluxmuş şəxslərin sayının artımı 200,9 mindən çox olub. Pandemiyanın bütün dövrü ərzində 559622 yoluxmuş şəxs vəfat edib, 6,8 milyondan çox insan sağala bilib.

SARS-CoV-2-dən ən çox zərər çəkmiş ölkə ABŞ-dır. Orada yoluxmuş şəxslərin sayı 3,1 milyonu keçib. İkinci yerdə Braziliya (1,8 milyon nəfər) və üçüncü yerdə Hindistan (793,8 min nəfər) qərarlaşıb. Rusiya 713,9 min xəstə ilə Perunu (319,6 min) qabaqlayaraq dördüncü mövqedə qərarlaşıb. Reytinqin onluğuna Çili, Böyük Britaniya, Meksika, İspaniya və İran daxildir.

SARS-CoV-2 koronavirusunun səbəb olduğu COVID-19 pnevmoniyası ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya kimi xarakterizə edib.

Mövzu:
Dünyanı cənginə almış bəla (410)

Əsas mövzular