Bədən tərbiyəsi müəllimi arıqlamağın sadə yolunu öyrədib

Abunə olmaq
Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib.

BAKI, 11 iyul — Sputnik. Avstraliyanın Kvinslend ştatının Qold-kost şəhərindən olan bədən tərbiyəsi müəllimi arıqlamağın indiyədək məlum olmayan və sadə üsulunu kəşf edib. Söhbət mətbəx rəflərini savadlı şəkildə ərzaqla təchiz etməkdən gedir.

Початки кукурузы, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Saqqallı” bitkinin inanılmaz xeyirləri: Qarğıdalı nəyə kömək edir?

Sputnik Azərbaycan "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, 43 yaşlı müəllim Belinda Norton mətbəxdə səliqə-sahman yaratdıqdan sonra onun qida vərdişləri dəyişib və sağlamlığı yaxşılaşıb. "Biz gündə bufetin rəflərinə 50 dəfə baxırıq. Bu hərəkət eynilə reklamın etdiyi kimi gözlərimizə və mədəmizə təsir göstərir", - deyə Norton bildirib.

O əlavə edib ki, mətbəxdəki səliqə-sahman idman və ya pəhriz rejimindən dəfələrlə daha effektiv, həmçinin sürətli arıqlamağa kömək edir. O, şkafın rəflərinə məhsulları aşağıdakı şəkildə yerləşdirməyi məsləhət görür: kulinariyada, məsələn, qoz-fındıq, çia toxumu və ədviyyat kimi tez-tez istifadə edilən və ən faydalı ərzağı ən görkəmli yerə yığmaq lazımdır. Aşağı rəflərə isə o, mühüm olmayan məhsulları — taxıl mənşəliləri, paxlalıları və makaronu yerləşdirir.

"Mənim əsas sirrim göz qabağında üzvi qidaları saxlamaqdır. Rəfləri bu cür məhsullarla doldurduğunuzda, düzgün seçim etmək ehtimalı daha çox olur", - avstraliyalı deyir.

Beləliklə, arıqlamaq üçün faydalı olan məhsullar həmişə Nortonun əlinin altında olur: sürətli hazırlanan yulaf lopaları, çətənə toxumu, günəbaxan və balqabaq (salatlar üçün əlavələr), düyü siropu, badam, kakao tozu və kokos yağı.

Девушка в спортзале, фото из архива - Sputnik Azərbaycan
Dörd ölçü arıqlayan qızın sirri: hər gün 1 saat qaçmağa ehtiyac yoxdur

Uşaqlar üçün faydalı qəlyanaltılar valideynləri gözləmədən qəlyanaltı etmələri üçün aşağı rəflərdə saxlanılır. Norton qeyd edir ki, "mətbəx şkaflarındakı səliqə-sahman sizin sağlamlığınız və əmin-amanlığınız üçün çox vacibdir". "Bu, bizə ancaq lazım olan şeyləri almağa və pula qənaət etməyə yardım edir. Həmçinin bu, düzgün qərarların qəbul edilməsinə imkan yaradır və qidanın hazırlanmasında vaxta qənaət edir", - Norton bildirib.

Əvvəllər Avstraliyadan olan bir dietoloq arıqlamağın və çəkini lazımi səviyyədə saxlamağın altı sirrini açıqlamışdı. O, stressdən uzaq durmağı, daha çox salat və ya tərəvəz yeməyi, istehlak edilən yarımfabrikatların miqdarını azaltmağı məsləhət görürdü. O, həmçinin daha çox hərəkət etməyi, yeməkdən əvvəl və yemək zamanı su içməyi, şüurlu yeməyi tövsiyə edirdi.

Xəbər lenti
0