14:36 05 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
174521

Çin səfirliyində deyiblər ki, Qazaxıstanda bu xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub.

BAKI, 10 iyul — Sputnik. Çinin Qazaxıstandakı səfirliyi bu ölkədə yaşayan çinlilərə 1700-dən artıq insanın həyatına son qoymuş naməlum yeni pnevmoniyaya dair xəbərdarlıq edib.

Sputnik Azərbaycan CNN-ə istinadən xəbər verir ki, səfirlik yeni naməlum sətəlcəm hallarının iyunun ortalarından etibarən bütün ölkə üzrə əhəmiyyətli dərəcədə artdığını və ölkənin bəzi yerlərində gündə yüzlərlə yeni xəstənin aşkar edildiyini bildirib.

"Qazaxıstanın Səhiyyə Nazirliyi və digər qurumlar müqayisəli tədqiqatlar aparıblar və sətəlcəm virusunun xüsusiyyətini müəyyənləşdirməyiblər", - məlumatda deyilir.

Səfirliyin məlumatına görə, artım Atırau, Aktobe və Şımkent bölgələrində olub. Burada təxminən 500 yeni xəstə və 30-dan çox ağır xəstə qeydə alınıb.

Çin səfirliyində deyiblər ki, xəstəlikdən bu il 1772 nəfər həlak olub. Onlardan bəziləri Çin vətəndaşı olub. Ölümlərin 628-i yalnız iyun ayında olub.

"Bu xəstəlik COVID-19-dan da ölümcüldür", - Çin səfirliyinin bəyanatında bildirilir.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Lakin Qazaxıstan hakimiyyəti bu məlumatı təkzib edib. Bu gün verdiyi şərhdə Qazaxıstan Səhiyyə Nazirliyi "qeyri-müəyyən etiologiyası olan virus pnevmoniyaları"nın mövcudluğunu etiraf edib, lakin bunun yeni və ya naməlum olduğunu inkar edib.

"Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi bu məlumatın həqiqətə uyğun olmadığını rəsmən bəyan edir", - məlumatda bildirilir.

Nazirlik əlavə edib ki, "qeyri-müəyyən" pnevmoniya təsnifatı Ümumdünya Səhiyyə Təşkilatının "koronavirus infeksiyasının klinik və ya epidemioloji cəhətdən aşkar edilməsi, lakin laboratoriya tədqiqatları ilə təsdiq edilməməsi halında pnevmoniyanın qeydə alınması" prinsiplərinə uyğundur.

Əsas mövzular