Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rəqabətə tab gətirmədi: Avropa və Asiya Amerikanın maye qazından imtina edir

© AFP 2023 / BRENDAN SMIALOWSKIПрезидент США Дональд Трамп на заводе по производству сниженного газа СПГ в Хакберри
Президент США Дональд Трамп на заводе по производству сниженного газа СПГ в Хакберри - Sputnik Azərbaycan
Abunə olmaq
"Goldman Sachs" hesablayıb ki, ixracın ləğv edilməsi səbəbindən Amerikanın ehtiyatları 21,52 milyard kubmetr artacaq. Ölkənin saxlama imkanları oktyabra qədər tükənə bilər ki, bu da qaz hasilatının və istehsalının rekord səviyyədə azalması ilə nəticələnəcək.

BAKI, 9 iyul — Sputnik, Natalya Dembinskaya. Avropa və Asiyada mavi yanacağın qiyməti minimuma düşüb. Hətta ABŞ-ın Enerji Departamenti etiraf edir ki, Amerikanın maye qazını almağın heç bir əhəmiyyəti yoxdur. 

Səüdiyyə Ərəbistan brokeri, arxiv şəkli - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanından gözlənilməz addım: neftin qiyməti indi fərqli olacaq
Müştərilər yay üçün nəzərdə tutulmuş tədarükdən imtina ediblər. Nəticədə ixrac təxminən 63,6 faiz çöküb. Amerika qazı niyə heç kəsə lazım olmayıb? Ətraflı RİA Novosti-nin materialında.

Qiymətlər düşüb

Keçən il ABŞ qazının xalis ixracı 54,7 milyard kubmetrə çatıb – bu, 2018-ci ildəkindən 20,7 milyard kubmetr çoxdur. Ən böyük maye qaz istehsalçısı olan "Cheniere Energy" şirkətinin məlumatına görə, birinci rübdə dünya bazarında satış həcmi 100 milyon tona çatıb – yəni 2019-cu ildən 10 milyon ton çox. Artımı əsasən amerikalılar təmin edib.

İddialı planlar var idi: 2020-ci ildə 67,2 milyard kubmetr, 2021-ci ildə isə 79,5 milyard kubmetr satmaq. Bu göstəriciləri yanvar ayında ABŞ Energetika Departmanetinin Enerji İnformasiya Agentliyi (EIA) açıqlayıb. Ancaq artıq aydındır ki, bunlar baş verməyəcək.

Mülayim qış və koronavirus pandemiyası səbəbindən kiçik tələbat fonunda tədarükün artması Avropa və Asiyada qaz bazarlarını çökdürüb. Belə ki, ilin ilk dörd ayı ərzində Avropanın TTF qovşağında orta qiymət 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə aşağı düşüb, Yaponiyaya spot tədarükü isə 44 faiz azalıb.

Artıq apreldə Amerikanın maye qazının Avropaya ixracı iqtisadi cəhətdən məqsədəuyğun olmayıb. Böyük Avropa və Asiya şirkətləri iyun-iyul müqavilələrini ləğv ediblər.

"Bloomberg" agentliyinin məlumatına görə, apreldə ABŞ-ın maye qaz zavodlarından tədarük təxminən 30 faiz azalıb. Maya qədər ixracat üçdəbirdən çox azalıb – o cümlədən koronavirus məhdudiyyətləri səbəbi ilə.

İqtisadi cəhətdən davamsız

Qətərdə iqtisadi zona, arxiv şəkli - Sputnik Azərbaycan
Yeni təhlükə: neft müharibəsindən sonra qaz müharibəsi gələ bilər

Enerji İnformasiya Agentliyinin iyun proqnozu son dərəcə bədbindir. Avropa və Asiyadakı alıcılar iyun, iyul və avqust ayları üçün maye qaz tədarükünü ləğv ediblər. ABŞ-ın dəniz terminallarına qaz tədarükü martın sonundan etibarən iki dəfədən çox azalıb (sutkada rekord göstərici olan 277 milyon kubmetrdən).

"Avropa və Asiyada təbii və maye qazın qiymətlərinin aşağı olması qiymətlərə son dərəcə həssas olan ABŞ-dan ixracatın iqtisadi cəhətdən davamlılığını azaldıb", - Agentliyin analitikləri bildirirlər.

Onların hesablamalarına görə, iyunda ABŞ-dan Avropa və Asiyaya sutkada orta hesabla 101 milyon kubmetr qaz göndərilib. İyul və avqust aylarında isə bu, 62 milyon kubmetr olacaq. Bu, ixrac potensialının 25 faizindən azdır.

Düşməyə davam edəcək

Müştərilərin ABŞ qazından ən azı yayın sonunadək imtina edəcəyinə dair xəbərdarlıqlar təsdiqlənib: ABŞ-dakı fyuçers qiymətləri Avropadakı sentyabr qiymətlərini üstələyir.

Amerikada altı maye qaz zavodu mayda istehsal yükünü 65 faizə endirib. "Platts Analytics" şirkətinin iyun icmalında deyilir ki, iyulun əvvəlində istehsal yükü 50 faiz və daha az olacaq.

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, hazırda alıcıların Amerikanın maye qazına görə ödəməyə hazır olduqları məbləğ hətta mayeləşdirmə və nəqliyyat üzrə əməliyyat xərclərini belə ödəmir. Əsas zərərçəkən Amerikanın ilk və ən iri "Sabine Pass" terminalıdır. 2016-cı ildən bəri bu zavod itkilərlə üzləşir.

2020-ci ilin ilk dörd ayı ərzində ABŞ-dan maye qaz ixracı sutkada orta hesabla 218 milyon kubmetr təşkil edirdisə, aprel-may aylarında bu rəqəm 17 faiz azalıb. ABŞ-ın Enerji İnformasiya Agentliyi tədarükün sentyabrda artacağını gözləyir, çünki təbii qaza olan dünya tələbatı tədricən bərpa olunur.

Qazda boğulmaq

Министр энергетики республики Парвиз Шахбазов - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Pərviz Şahbazov: "Neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır"

Lakin, ən böyük investisiya bankları belə optimist deyil. Analitiklərin dediyinə görə, dünyada böyük yanacaq ehtiyatı toplanıb. Beynəlxalq maye qaz ticarəti çöküb və Amerikanın şist hasilatçıları üçün mühüm satış kanallarını bağlayıb. Neftin bir barelinin qiymətinin yenə 40 dollara qalxmasına görə neftçilər hasilatı bərpa ediblər və hasilatın əlavə məhsulu kimi bazara çox ucuz qazı çıxarırlar.

Avropada qiymətlərin düşməsi səbəbindən isə Amerikanın maye qazı artıq tələb olunmur. İndi xaricə satmaq əvəzinə maye qazı anbarlara vururlar.

"Goldman Sachs" hesablayıb ki, ixracın ləğv edilməsi səbəbindən Amerikanın ehtiyatları 21,52 milyard kubmetr artacaq. Ölkənin saxlama imkanları oktyabra qədər tükənə bilər ki, bu da qaz hasilatının və istehsalının rekord səviyyədə azalması ilə nəticələnəcək.

Xəbər lenti
0