20:27 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
DÜNYA
Qısa URL
8 0 0

Bunu yalnız bir yolla etmək olar – hərbi əməliyyatları dərhal dayandırmaq və bu və ya digər tərəfin öz hərbçilərinin silahlı qüvvələri irəlilətmək cəhdlərini durdurmaqla.

BAKI, 9 iyul — Sputnik. Rusiya və Türkiyə Liviyada sülhə dair razılaşmaq qərarına gəliblər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Liviyada atəşkəs rejiminin əldə olunması üzrə aparılan işlər barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıb.

"Bunu yalnız bir yolla etmək olar – hərbi əməliyyatları dərhal dayandırmaq və bu və ya digər tərəfin öz hərbçilərinin silahlı qüvvələri irəlilətmək cəhdlərini durdurmaqla", - deyə Lavrov qeyd edib.

O vurğulayıb ki, feldmarşal Xəlifə Haftarın Liviya Milli Ordusu (LMO) atəşkəs haqqında razılaşmanı imzalamağa hazırdır, lakin Milli Birlik Hökuməti bunu etməkdən imtina edir".

Lavrovun sözlərinə görə, Türkiyə hazırda bu məsələ ilə bağlı Milli Birlik Hökuməti ilə işləyir: "Ümid edirəm ki, onlar hazırkı şərtlərdə yeganə doğru qərarı verə biləcəklər".

Əsas mövzular