İran vurulan təyyarəyə görə kompensasiya ödəməkdən imtina etdi

© Sputnik / Iranian Red Crescent Society / Mediabanka keçidНа месте крушения пассажирского лайнера Украины Boeing 737-800 в Иране
На месте крушения пассажирского лайнера Украины Boeing 737-800 в Иране - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, daha əvvəl İran tərəfi "Boeing 737"-nin qara qutularını Ukraynaya göndərməkdən imtina edib.

BAKI, 8 iyul — Sputnik. İran 2020-ci ilin yanvarında vurulan Ukraynaya məxsus "Boeing 737" tipli təyyarədə həlak olan ukraynalıların ailələrinə kompensasiya ödəməkdən imtina edib. Bu barədə Sputnik Azərbaycan "UNİAN"-a istinadən xəbər verir.

Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeni Yeninin sözlərinə görə, iyulun 7-i rəsmi Tehran Ukrayna tərəfinin kompensasiya ödənilməsinə dair ilkin təklifini rədd edib. Lakin Kiyev danışıqların davam etdirilməsinə ümid edir. Ukrayna rəhbərliyi ümid edir ki, "bir sıra faktorların təsiri altında" İran danışıqlar prosesinə geri qayıdacaq.

На месте крушения самолета в Иране - Sputnik Azərbaycan
Ukrayna vurulan təyyarəyə görə İrandan daha çox pul istəyir

Yenin vurğulayıb ki, hazırda kompensasiyanın konkret məbləği barədə danışmaq tezdir. Nazir müavininin sözlərinə görə, hazırda hər şey İran tərəfinin siyasi iradəsindən asılıdır.

Qeyd edək ki, daha əvvəl İran tərəfi "Boeing 737"-nin qara qutularını Ukraynaya göndərməkdən imtina edib.

Yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737-800" sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub. Daha sonra İran tərəfi sərnişin təyyarəsini səhvən vurduğunu etiraf edib.

Xəbər lenti
0