Ermənistanın müdafiə nazirinin müavini koronavirusa tutuldu

© Sputnik / StringerЗамминистра обороны Армении Габриел Балаян во время брифинга в Республиканском сборном пункте (29 июля 2019). Еревaн
Замминистра обороны Армении Габриел Балаян во время брифинга в Республиканском сборном пункте (29 июля 2019). Еревaн - Sputnik Azərbaycan
Abunə olmaq
Ermənistandan martın 16-dan iyulun 13-ə qədər fövqəladə hal qüvvədədir. Artıq ölkənin Nazirlər Kabineti yenidən Fövqəladə hal rejimini artırmaq niyyətində olduğunu bildirib.

BAKI, 8 iyul — Sputnik. Ermənistanın Müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa tutulub. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin müdafiə və təhlükəsizlik üzrə komissiyasının rəhbəri Andranik Koçaryan bildirib.

Koçaryan qeyd edib ki, komissiyanın bugünkü iclasında Balayan iştirak etməli imiş.

"Bildiyiniz kimi o xəstə idi. Öz həmkarımıza şəfa diləyirik. Bu xəsətəlik görünür hamımızın qapısını döyəcək. Lakin digər tərəfdən bizim uğurlarımız var – sağalalanların sayı daima artır ki, bu da milli immunitetin formalaşmasına imkan yaradır", - deyə Koçaryan qeyd edir.

Qeyd edək ki, Ermənistandan martın 16-dan iyulun 13-ə qədər fövqəladə hal qüvvədədir. Fövqəladə hal zamanı ölkədə toplantılar və mitinqlər qadağandır. Artıq ölkənin Nazirlər Kabineti yenidən Fövqəladə hal rejimini artırmaq niyyətində olduğunu bildirib.

Xəbər lenti
0