23:58 08 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
18 0 0

Marqaret Harris: Ümumdünya Səhiyyə Təşkilatı Çin və Monqolustanda yayılan  bubon taununu təhlükəli hesab etmir.

 

BAKI, 8 iyul — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin və Monqolustanda yayılan  bubon taununu təhlükəli hesab etmir. Bununla yanaşı, təşkilat hadisələrin inkişafını izləyir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə ÜST-ün rəsmi nümayəndəsi Marqaret Harris bildirib.

"Hal-hazırda Çin və Monqolustan hökumətləri ilə əlaqəli şəkildə epidemiyanı izləyirik. Biz riskin yüksək olduğunu düşünmürük", - deyə o vurğulayıb.

İyulun əvvəlində bubon taunu epidemiyası Rusiya ilə həmsərhəd olan Qərbi Monqolustanda qeydə alınıb. 27 yaşlı kişi və qadın xəstəxanaya aparılıblar. Qadın kritik vəziyyətdə olub. Xəstələndikdən sonra onunla 60 nəfər birbaşa, 400 nəfər də dolayısı ilə əlaqədə olub. Məlumdur ki, Monqolustan sakinlərinin virusa yoluxmasının səbəbi marmot ətini çiy şəkildə yemələri olub.

Xüsusilə təhlükəli infeksiyalar üzrə mütəxəssis, tibb elmləri doktoru Vladislav Jemçuqov Çin və Monqolustanda aşkarlanmış bubon taununun Rusiya üçün təhlükəsini qiymətləndirib. Onun sözlərinə görə, burada qorxulu heç nə yoxdur, çünki Şərq ölkələri taun ocaqlarının yaranmasına öyrəşiblər. Jemçuqov deyib ki, sözügedən ölkələrdə uzun illərdir xüsusi xidmətlər fəaliyyət göstərir. Onlar xəstəliyin yayılmasına yol vermirlər.

Xatırladaq ki, son aylarda dünyanı cənginə alan COVİD-19 yeni tip koronavirusun da yayılma mənbəyi Çin olub. Çinin Hubey əyalətinin Uhan şəhərində bir qadının yarasa ətini çiy şəkildə yedikdən sonra bu virusa yoluxduğu və sonra bazarda onu başqa insanlara keçirdiyi bildirilir.

Əlaqədar

Çində daha bir həyəcan – Bubon taunu səbəbindən fövqəladə vəziyyət
Sərnişin pandemiya zamanı turistlərlə dolu laynerdə gördüklərindən dəhşətə gəlib
Tramp bir daha koronavirusa görə Çini cəzalandıracağına söz verib
Hansı daha təhlükəlidir - koronavirus, yoxsa hantavirus?
İndoneziyada "koronavirusu öldürən" evkalipt boyunbağı təqdim edilib

Əsas mövzular