Kreml: "Aya Sofiya məsələsi Türkiyənin daxili işidir"

© AFP 2023 / OZAN KOSEСобор Святой Софии в Стамбуле, фото из архива
Собор Святой Софии в Стамбуле, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aya Sofiya Rusiya da daxil olmaqla bütün ölkələrdən Türkiyəyə ziyarətə gələn turistlər üçün şah əsərdir.

BAKI, 6 iyul — Sputnik. Kreml hesab edir ki, Aya Sofiya kilsəsinin statusu Türkiyənin daxili işidir, lakin ümid edir ki, Türkiyə rəhbərliyi bu müqəddəs məkanın əhəmiyyətini nəzərə alar. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz bunu şərh edə bilmərik, bu Türkiyə Respublikasının daxili işidir. Bildiyiniz kimi bu məsələ ilə bağlı Rus Pravoslav Kilsəsinin mövqeyini əks etdirən Patriarxın və XİN rəhbərinin müavini Verşinin bəyanatları oldu. Mən onu deyə bilərəm ki, şübhəsiz biz ümid edirik ki, Aya Sofiyanın statusu ümumdünya irsin obyekti kimi nəzərə alınacaq", - deyə Peskov bildirib.

O vurğulayıb ki, Aya Sofiya Rusiya da daxil olmaqla bütün ölkələrdən Türkiyəyə ziyarətə gələn turistlər üçün şah əsərdir: "Turizm əhəmiyyətindən başqa Aya Sofiya sakral, mənəvi dəyərə malikdir. Biz bütün bunların həmkarlarımız və tərəfdaşlarımız tərəfindən nəzərə alınacağına ümid edirik".

Xəbər lenti
0