Ölənlərin sayını 19 nəfərədək saldılar – Türkiyədən son rəqəm

© AP Photo / Emrah GurelТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива  - Sputnik Azərbaycan
Abunə olmaq
Son 24 saatda 46 414 şübhəli koronavirus testindən keçib, onlardan 1148-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 205 758 nəfərə çatıb.

BAKI, 5 iyul – Sputnik. Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində bildirib.

Nazir yazıb ki, son 24 saatda 46 414 şübhəli koronavirus testindən keçib, onlardan 1148-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 205 758 nəfərə çatıb.

Bu gün daha 1188 xəstə sağalıb.

Xəbər lenti
0